Daxili audit şöbəsinin müdiri
 
JOB TITLE: Daxili audit şöbəsinin müdiri
EMPLOYER: METAK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-17 LAST UPDATED: 2019-01-24 DEADLINE: 2019-02-16

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti işkələləri və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 750 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Daxili audit şöbəsinin müdiri

Əsas vəzifələr:

• Müəssisənin malik olduğu informasiya və hesabatlıq sistemlərini təhlil etmək;
• Effektiv hesabatlıq sistemlərini yaratmaq və təmin etmək;
• Qanunvericiliyin tələblərinə uyğunluğu qiymətləndirmək məqsədi ilə təşkilati prosedurları və siyasətləri təhlil etmək;
• Təşkilati proseslərin güclü və zəif cəhətlərini təhlil etmək, habelə cari və gələcək imkanlar da daxil olmaqla fəaliyyət planına tövsiyələr vermək;
• Müəssisənin qısa və uzunmüddətli məqsədləri baxımından real və mümkün olan planlar (qrafiklər) hazırlamaq.
• Ümumi nəzarət sahələrini planlaşdırmaq və sistemləşdirmək;
• Auditin nəticələri barədə rəhbərliyə hesabat vermək və müəssisənin fəaliyyətində dəyişikliklərə dair tövsiyələr təqdim etmək;
• Maliyyə-təsərrüfat risklərinin mövcud olduğu sahələri müəyyənləşdirmək və nəzarətdə saxlamaq, illik audit planı çərçivəsində risklərin qiymətləndirilməsi matrisini hazırlamaq;
• Rəhbərliyin tapşırığı əsasında növbədənkənar (xüsusi) yoxlamalar keçirmək.

Namizədə tələblər:

• Azərbaycan Respublikasının Konstitusiyası, məcəllələr (xüsusilə əmək, vergi və s.), qanunlar (daxili audit, mühasibat uçotu və s.), qaydalar və digər normativ-hüquqi aktlar barədə biliklər;
• Daxili audit standartları haqqında biliklər;
• Milli və beynəlxalq mühasibat uçotu standartları (o cümlədən IFRS – Maliyyə Hesabatlarının Beynəlxalq Standartları), habelə informasiya idarəetmə sistemləri barədə geniş biliklər;
• Hesabatların və digər sənədlərin hazırlanması bacarığı;
• Xarici dildən istifadə etmək bacarığı (ingilis və rus dillərinə üstünlük verilir);
• İqtisad sahəsində ali təhsilin olması (maliyyə və audit üstünlükdür);
• Audit sahəsində ən azı 5 il iş təcrübəsinin olması.

İş şəraiti:

• 5 günlük iş həftəsi
• Əmək haqqı danışıq əsasında

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=128 və ya hr@metak.az ünvanına CV göndərərək 18.02.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP