Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Performance Center Co DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-21 LAST UPDATED: N/A DEADLINE: 2019-02-20

Performance Center CoMMC (Chevrolet Azərbaycan)  “Mühasib”   vakansiyası

Vəzifə təlimatları:

- Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması;
- Gündəlik kassa əməliyyatlarının, təhtəlhesab, balans, avans hesabatının aparılması;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq dövlət orqanlarına göndərilməsi;
- Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
- Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqlarının və digər ödənişlərinin aparılması;
- Kredit və lizinq əməliyyatlarının aparılması. Annuitet və azalan balans metodu.

Vəzifə ilə bağlı tələblər:

- Ali iqtisadi təhsil;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
- MS Office proqramlarını bilməli  (mükəmməl Excel bilikləri) ;
- 1C proqramları ilə işləmək bacarığı;
- Müvafiq sahədə 2-3 ildən çox iş təcrübəsi; (Avtomobil sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
- Dil bilikləri: Azərbaycan dili (əla), rus dili və ingilis dili bilən namizədlərə üstünlük veriləcək
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;

Əlavə məlumat:

- İş günləri: həftədə 6 gün
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: 500-800 ₼
- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə.

Yuxarıda qeyd edilən vəzifədə işləmək istəyən namizədlər, öz tərcümeyi-halını (CV)   hr@performance-center.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilər.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP