İT layihələrinin idarə edilməsi üzrə mütəxəssis
 
JOB TITLE: İT layihələrinin idarə edilməsi üzrə mütəxəssis
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-21 LAST UPDATED: N/A DEADLINE: 2019-02-20

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: İT layihələrinin idarə edilməsi üzrə mütəxəssis

İş yeri: Bakı şəhəri 
İş təcrübəsi: 1 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil
Yaş həddi: 25 - 40 yaş  

İşin Təsviri: İnformasiya texnologiyaları layihələrinin planlarının hazırlanması və idarə edilməsi.

Vəzifə öhdəlikləri:

- İnformasiya texnologiyaları layihələrinin planlarının hazırlanması, layihələrin gedişatına nəzarət edilməsi;
- Layihələndirilən informasiya sistemlərinin texniki şərtnamə sənədlərinin hazırlanması;
- Layihə rəhbərlərinin ona təhkim edilmiş layihələrlə əlaqədar tapşırıqların icra edilməsi;
- Layihə üzrə hesabatların mütəmadi hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər:

- Kiçik və ya orta həcmli layihələrdə layihə üzvü kimi təcrübənin olması;
- Layihə sənədlərinin hazırlanmasında təcrübənin olması;
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
- Planlama qabiliyyəti;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İT layihələrin idarə edilməsi üzrə mütəxəssis” yazaraq CV göndərməklə müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP