İnteryer Dizayner
 
JOB TITLE: İnteryer Dizayner
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-23 LAST UPDATED: N/A DEADLINE: 2019-02-22

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi ir@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: İnteryer Dizayner

Zəruri tələblər:

• İnteryer dizayn sahəsinde iş təcrübəsi;
• Autocad, 3dmax ve Photoshop proqramlarını interyer dizaynerə lazım olacaq seviyyede bilməli;
• İnteryer dizayn sahəsinde öz gördüyü işlərdən, renderlərdən ibarət portfolionun olması;
• İnteryer dizayn sahəsinde təhsil arzu olunandır.

Vəzifələr:

• Mağazaların interyer dizaynını həyata keçirmək
• Obyekt yerində ölçü götürülməsi;
• Çertyojun autocad-da yığılması;
• Baş dizaynerin rəhbərliyi altında proyektin 3dmax-da yığılması, vizualizasiyanın, renderlərin hazırlanması;
• Layihənin realizasiyası və müəllif nəzarəti işlərində baş dizaynerə köməklik göstərilməsi.

İş şəraiti:

• Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
• İş qrafiki: I-V günlər,  09:00 - 18:00

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnteryer Dizayner” qeyd edərək CV-nizi və Portfolionuzu ir@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Portfolionu (iri həcmli fayl olduğu halda) link formasında göndərmək məqsədə uyğundur. Əks halda e-mail qəbulunda problem yaşana bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP