Planlaşdırma sektorunun müdiri
 
JOB TITLE: Planlaşdırma sektorunun müdiri
EMPLOYER: Dövlət qurumu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-23 LAST UPDATED: 2019-01-24 DEADLINE: 2019-02-22

Vakansiya: Planlaşdırma sektorunun müdiri

Əsas vəzifə və öhdəliklər:

• Qurumda əməliyyat idarəetmə planlarının formalaşması,prosesinin qurulması,idarə edilməsi,icrasına nəzarət və aidiyyatı struktur bölmələrə metodiki dəstək olunması;
• Sahibkarlar, bazar subyektləri və ictimaiyyətlə qarşılıqlı əlaqələrin qurulması üzrə müəssisənin aidiyyatı strukturları ilə sıx əməkdaşlığın edilməsi;
• Aidiyyatı struktur bölmələr üçün qaydaların hazırlanması və təkmilləşdirilməsi prosesinin təşkil olunması
• Müvafiq ərazi idarələrindən məlumatların alınması, təhlil edilməsi və sistemləşdirilərək strateji istiqamətdə planların hazırlanması
• Şöbənin fəaliyyəti ilə bağlı analitik hesabatların hazırlanması;
• Funksional təlim matrisinin hazırlanması və icrasına nəzarət
• Əməliyyat planlarının icrası üzrə monitorinq və hesabatların təşkil olunması
• Əsas Fəaliyyət indikatorları üzrə funksional nəticələrin qiymətləndirilməsi prosesinin təşkili və ona nəzarət
• Əməliyyat idarəetmə sahəsində qabaqcıl təcrübənin və qurumun təşkili üzrə innovativ təkliflərin hazırlanması

Tələblər:

• Ali təhsil (iqtisadiyyat,idarəetmə və ya maliyyə üzrə);
• Anoloji sahədə minimum 5 il təcrübə
• Səlis Azərbaycan və yüksək İngilis dil bacarığı
• MS Office MSBİ system bilikləri

Digər bacarıqlar:

• Strateji və analitik düşünmə,
• Büdcə Planlama
• Data analizi

İş haqqında:

• İş yeri: Dövlət Qurumu
• İş qrafiki: 5 gün, 09:00 – 18:00.
• Maaş: Ştat cədvəlinə uyğun olaraq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Planlaşdırma sektorunun müdiri yazaraq recruitmenthrbaku@gmail.com ünvanına göndərilməsi xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə yaradılacaq

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP