Zootexnik
 
JOB TITLE: Zootexnik
EMPLOYER: Modern Group of Companies LLC DUTY STATION: Azerbaijan, Agsu
PUBLISHED: 2019-01-24 LAST UPDATED: N/A DEADLINE: 2019-02-23

Şirkətin adı: “Modern Group of CompaniesMMC

Modern Group of Companies fərqli sektorlarda fəaliyyət göstərən şirkətləri tərkibində birləşdirərək ölkə iqtisadiyyatına töhfə verməklə yanaşı mindən artıq təhsilli insana iş imkanları yaradır. Fəaliyyət göstərdiyi sektorlarda ; Meyvə Şirəsi və qazsız içki istehsalı, Tibb Mərkəzi, tekstil  və s., lider olmağı hədəfləyən şirkətlər qrupu insan resurslarının idarə edilməsi, istehsalatın keyfiyyətinin artırılması, xidmət səviyyəsinin yüksəldilməsi sahələrində dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıq edir və gələcək planlarını həyata keçirmək üçün daxili müştəri (işçilər) məmnuniyyətinə xüsusi önəm verir.

İşin adı:  Zootexnik

İş yeri:   Ağsu Aqropark MMC ( Ağsu rayonu)

İş təcrübəsi: minimum 5 il
Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında müəyyən olunacaq

Vəzifə öhdəlikləri:

• heyvandarlıq məhsulları istehsalını artırmaq və keyfiyyətini yüksəltmək üçün bütün zootexniki tədbirləri, damazlıq işlərini, heyvanların cins keyfiyyətini yaxşılaşdırmağı, hər baş mal üçün pasport hazırlamağı və uçotunu aparmaq, süni mayalanma işlərini təşkil etməyi cins mal-qaranın uçotunu ayrıca aparmağı təmin edir.
• Təsərrüfatın yem balansını tərtib edir. Yem bazasını möhkəmləndirir, gündəlik fərdi və qrup halında yem payını tərtib edir, onların düzgün yerinə yetirilməsinə nəzarət edir, yemlərin vaxtında toplanması, daşınması, düzgün saxlanması, istifadəsi və yemləmə üçün hazırlanmasını təşkil və bu işə nəzarət edir.
• Maldarlıq fermalarında kompleks mexanikləşdirmə işlərinin təşkilində, xəstəliklərə qarşı profilaktiki tədbirlərin görülməsində iştirak edir və qısırlıqla mübarizə aparır.
• Südün keyfiyyətinin, yağlılıq dərəcəsinin, turşuluğunun müəyyən edilməsi işlərini təşkil edir.
• Təsərrüfatda mal-qaranın məhsuldarlığının yüksəldilməsi üçün qabaqcıl təcrübəni və elmi nailiyyətləri öyrənib tətbiq edir.
• Sürü və naxırların cins tərkibini yaxşılaşdırmaq, yüksək məhsuldar heyvan yetişdirmək məqsədilə cinsləşdirmə və damazlıq işləri üzrə tədbirlər hazırlayır və həyata keçirir.

Namizədə tələblər:

• Müvafiq və ya oxşar sahədə ali təhsil
• Müasir sort heyvanların yetişdirilməsində ən azı 5 il iş təcrübəsi
• Sağmal heyvanların yetişdirilməsində ən azı 2 il iş təcrübəsi
• Office proqramlarında işləmək bacarığı

Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını hr@moderngroup.az e-mail ünvanına 12.02.2019 cü il tarixinə qədər mövzu yerində “Zootexnik” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP