“Netgroup of Companies” tur menecer vəzifəsi üzrə vakansiya
Tələb olunan şərtlər:
• Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması • Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması • Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması • Otellərin bronlaşdırılması • Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması • Mövsimə və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi
Təhsil/Təcrübə:
• Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənlərə üstünlük verilir) • Yüksək ünsiyyət qurma bacarığına malik olmaq • Məsuliyyətli və diqqətli olmaq • Gülərüz və özünə qarşı tələbkar olmaq • Vaxtın idarəolunması bacarığına malik olmaq • Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq
Əlavə məlumatlar:
• İş saatları: 09:30-dan 19:00-dək; Şənbə günü: 10:00-dan 15:00-dək • İstirahət günü - Bazar günü • Əmək haqqı :300-400 azn • Əmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə dəyişə bilər • Əmək haqqından əlavə satılan hər məhsula görə 10% komisya ilə mükafatlandırma mövcuddur • İş yeri: Çinar Plaza. Heydər Əliyev pr. 152. 20-ci mərtəbə
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Tur menecer” yazaraq outgoing1@nettravel.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
|