İşə qəbul üzrə mütəxəssis (Recruitment)
 
JOB TITLE: İşə qəbul üzrə mütəxəssis (Recruitment)
EMPLOYER: Mətanət A DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-28 LAST UPDATED: N/A DEADLINE: 2019-02-27

Mətanət A” şirkəti İşə qəbul üzrə mütəxəssis (Recruitment) vakansiyasını elan edir

Vəzifə öhdəlikləri:

 Şirkətin işəqəbul proseduruna uyğun olaraq işin aparılması;
 Vakansiyaların təhlili, tələb olunan işçi sayının müəyyən edilməsi;
 Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı;
 Vakansiyalar üzrə elanların müvafiq saytlarda yerləşdirilməsi;
 Digər işəgötürmə və axtarış üsullarının həyata keçirilməsi, axtarış vasitələrinin effektivliyinin artırılması;
 Daxil olan CV-lərin qeydiyyatının aparılması, incələnməsi və vakansiyalara uyğun namizədlərin seçilməsi;
 İşə qəbul testlərinin və ilkin müsahibələrin keçirilməsi;
 İşəqəbulda dəyərləndirmə formalarının müəyyən olunması;
 Kadr bazasının hazırlanması və yenilənməsi;
 Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarət etmək;
 İş yerinə göndərişlərin təşkili və nəzarət edilməsi;
 Sınaq müddəti təyin edilməsi və izlənməsi;
 Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
 İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin etmək.

Əmək haqqı:

 Razılaşma yolu ilə.

İş şəraiti:

 İş saatı: 09-00-dan 18-00-dək;
 İstirahət: Şənbə və bazar günü.

Tələblər:

 İqtisadiyyat, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsilinin olması;
 Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
 23-40 yaş həddi;
 Müvafiq sahədə 2- 3 il iş təcrübəsi;
 Stres altında işləməyi bacarmalı;
 Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
 Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olması;
 İşə qəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;
 Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
 CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
 MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.

Qeyd:

 İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
 Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;
 Bu sahələr üçün ANKET FORMASI-nı doldurub hr@matanata.com ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP