
Bank “BTB” ASC Əməliyyat departamenti, Bank kartları şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
Əməliyyat departamenti, Bank kartları şöbəsinin mütəxəssisi
İş barədə məlumat:
1. Azərikarddan gələn kartların və ŞEN-zərflərin kassa, MXD və filiallara təhvil verilməsi; 2. İtirilmiş və müddəti bitmiş kartların sistemdə bağlanması; 3. ŞEN-kodu bloka düşmüş kartların aktivləşdirilməsi; 4. Kartlara SMS-məlumatlandırma xidmətinin aktiv və ya deaktiv edilməsi; 5. Bankomatların sistemdə qeydiyyatını aparır, ortaya çıxan problemlərin həlli üçün şöbə rəhbərinə müraciət edir; 6. POS-terminalların proqram təminatı ilə yüklənərək həmin ticarət müəssisələrində quraşdırılmasını, mütəmadi olaraq monitorinqini, ticarət müəssisələrinin hesablaşma hesabından aylıq abunə haqlarının (müqavilədə nəzərdə tutulduğu halda) silinməsini həyata keçirir; 7. Bankdaxili qaydalara əsasən kart biznesi üzrə hesabatları hazırlayır; 8. Rəhbərliyin bu şöbəyə həvalə etdiyi digər vəzifələri həyata keçirir.
Namizədə tələblər:
Ali iqtisadi təhsili; Rus dilini bilmək; Operativlik bacarığı; Dəqiqlik bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər azərbaycan dilində öz CV-lərini 15 fevral 2019-cu il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyat departamenti, Bank kartları şöbəsinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.
|