Təlim və İnkişaf üzrə Menecer
 
JOB TITLE: Təlim və İnkişaf üzrə Menecer
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-30 LAST UPDATED: N/A DEADLINE: 2019-03-01

“ABB” ASC  Təlim və İnkişaf üzrə Menecer vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Bankın təlim strategiyasının formalaşdırılması və həyata keçirilməsi;
 Bank  daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
 Təlim və inkişaf proqramlarının hazırlanması və genişləndirilməsi üçün müvafiq işlərin görülməsi;
 Təlim xidmətlərinin satınalma prosesinin idarə olunmasında iştirak;
 Təlimin təmini üçün lazımi təşkilati işlərin idarə edilməsi, xarici təlim mərkəzləri ilə işin koordinasiyası;
 Bankda təlim işinin effektivliyinin mütəmadi monitorinqi, həmçinin təlim proqramlarının və təlimçilərin effektivliyinin qiymətləndirilməsi, təkmilləşməsi üçün tövsiyələrin verilməsi;
 Bankda Təlim Mərkəzinin işinin təşkili;
 Daxili təlimçi bazasının formalaşdırılması və idarə edilməsi;
 Bank əməkdaşlarının konfransa və seminarlarda iştirakının təşkili.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Əla səviyyədə ünsiyyətqurma qabiliyyəti;
 Yüksək səviyyədə nüfuzaetmə bacarığı;
 Güclü analiz və araşdırma qabiliyyəti;
 Əla səviyyədə təşkilatçılıq bacarığı;
 Sahə üzrə minimum 5 il iş təcrübəsi;
 Əla səviyyədə Rus və İngilis dili biliyinin olması arzuolunandır.

Bu iş sizə nələri qazandıracaq:

 İnsan Resurslarının idarə edilməsinin müxtəlif istiqamətlərində özünü inkişaf etdirmək və təcrübə toplamaq imkanı;
 Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
 Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  20 Fevral 2019-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Təlim və İnkişaf  üzrə Menecer” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP