Tender məsələləri üzrə mütəxəssis
 
JOB TITLE: Tender məsələləri üzrə mütəxəssis
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-30 LAST UPDATED: N/A DEADLINE: 2019-03-01

 “ABB” ASC  Tender məsələləri üzrə mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Bankda Tender və Kotirovka prosesi ilə bağlı yazışmaların, danışıqların aparılması;
 Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
 İlkin sənədlərin ekspertizasının aparılması;
 Tender və Kotirovka iştirakçılarının müəyyənləşdirilməsi və təkliflərin təhlil edilməsi;
 Tender və Kotirovkaların statusu barədə hesabatların hazırlanması;
 Müqavilələr üzrə danışıqların aparılması;
 Tender və Kotirovka protokollarının hazırlanması;
 Sənədlərin qeydiyyatı və arxivləşdirmə işinin aparılması.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil (Hüquqi təhsil arzuolunandır);
 Tender məsələləri üzrə 1 ildən artıq iş təcrübəsi;
 Ofis proqramlarında sərbəst işləmək bacarığının olması.
 Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti, təşkilatçılıq və problemləri həll etmə bacarıqları.

Davranış səriştələri:

 Yüksək səviyədə yazılı və şifahi ünsiyyət bacarığı;
 Təşkilatçılıq bacarığı;
 Analitik düşüncə qabiliyyəti;
 Detallara diqqət.

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində  iş proseslərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 Fevral 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Tender məsələləri üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP