Korporativ Satış üzrə Mütəxəssis
 
JOB TITLE: Korporativ Satış üzrə Mütəxəssis
EMPLOYER: Almet ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-31 LAST UPDATED: N/A DEADLINE: 2019-03-02

"Almet" ASC ötən əsrin 60-cı illərindən etibarən məişət məqsədləri üçün məhsullar istehsal edir. 2000-ci ildən etibarən istehsal olunan və Azərbaycan bazarında təmsil olunan Almet Azərbaycan markası altında bədii və dekorativ döküm istehsalını diqqətinizə gətirir. 

Məqsidimiz - milli adət-ənənələrimizi qoruyub, inkişaf etdirmək.

Sizdə, bizlərdən biri ola bilərsiz !

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyalar yaradırıq!

Vəzifə: Korporativ Satış üzrə Mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

• Korporativ satış planının yerinə yetirilməsi;
• Korporativ müştəri bazasının genişləndirilməsi;                                 
• Korporativ müştərilərin yenilənmə prosesinin aparılması;                     
• Korporativ müştərilərlə görüşlərin keçirilməsi;
• Işgüzar danışıqların və müqavilələrin bağlanması üzrə işlərin aparılması;
• Satışın artırılması ilə bağlı rəhbərliyə təkliflərin verilməsi;
• Yeni əməkdaşlıqlar və layihələrə təşəbbüs göstərmək.

Namizədə dair tələblər:

• Azərbaycan dilində  sərbəst bilməli (rus və ingilis dili üstünlükdür);
• Korporativ satış sahəsində  təhlilinin aparılması qabiliyyəti olmalı;
• Komandada işləmək bacarığı olmalı;
• Korporativ satış  sahəsində minimum 3 il iş təcrübəsi olmalı;
• Microsoft Office proqramlarında işləmə bacarığı.

İş şərtləri:

• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir ( fiks əmək haqqı + %);
• Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Korporativ Satış üzrə Mütəxəssis” qeyd edərək m.nazrin@almet.az ünvanına göndərməyiniz xahiş olunur. Uyğun namizədlərlə, əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP