
Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Havalandırma, isitmə və soyutma sistemləri üzrə mütəxəssis (usta)
İş yeri: Bakı şəhəri İş təcrübəsi: 3 il Təhsil: Müvafiq sahə üzrə peşə təhsili
İşin Təsviri: Marketlər şəbəkəsində havalandırma sistemləri və kondisionerlərin yoxlanılması və təmir işlərinin həyata keçirilməsi.
Vəzifə öhdəlikləri:
- Marketlər şəbəkəsində mərkəzi havalandırma sistemləri və kondisionerlər ilə bağlı müntəzəm olaraq yoxlamaların həyata keçirilməsi; - Marketlərdə olan havalandırma, istilik, soyutma sistemlərinə aid avadanlığın tam keyfiyyətlə işləməsinin idarəsi; - Yoxlamalar zamanı aşkarlanan nasazlıqların və problemlərin aradan qaldırılması; - Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və məsuliyyətli şəkildə yerinə yetirilməsi.
Tələblər:
- Havalandırma, isitmə və soyutma sistemləri, kondisionerlər haqqında yaxşı səviyyədə biliklərə sahib olmalı; - Şəxsi avtomobili olmalıdır.
Təminatlar:
- Avtomobilin yanacaq xərcləri şirkət tərəfindən qarşılanır; - Nahar ilə təmin edilir.
Əlaqə nömrəsi: 055 209 72 67
Müraciət qaydaları: CV-nizi cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Havalandırma, isitmə və soyutma sistemləri üzrə mütəxəssis (usta)” yazıb göndərməklə müraciət edə bilərsiniz..
|