.png)
Risklərin İdarə Edilməsi Departamentinin mütəxəssisi
Tələblər:
• Maliyyə və ya iqtisadi sahədə ali təhsil; • İngilis və rus dili bilikləri; • 1 il bank stajı, müvafiq sahə üzrə minimum 6 ay iş stajı; • Məntiqi və analitik düşünmə tərzi, təqdimat bacarıqları; • Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması üzrə biliklər; • İFRS tələbləri üzrə biliklər; • Risklərin idarə edilməsi barədə lokal (AR Mərkəzi Bankının və Azərbaycan Respublikasının MBNP-nın) normativləri və qaydaları üzrə biliklər; • Makro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı; • CFA və FRM üzrə sertifikat sahiblərinə üstünlük verilir;
İş haqqında məlumat:
• Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə tələb olunan hesabatların hazırlanması; • Risklərin idarə edilməsi üzrə yeni alətlərinin və metodların tətbiqi barədə təkliflər vermək; • İFRS tələbləri üzrə araşdırmalar aparılması və təkliflər verilməsi; • Risklərin idarə edilməsi sahəsi üzrə şöbə müdiri, departament müdiri, baş risk inzibatçısı, əlaqədar İdarə Heyətinin üzvü və Risklərin İdarə Edilməsi Komitəsinin tapşırıqlarının icra edilməsi; • Bank fəaliyyəti ilə əlaqədar yarana biləcək kredit, əməliyyat, bazar, likvidlik və s. risk kateqoriyaları ilə bağlı ölkə qanunvericiliyi və bankdaxili reqlamentlərlə müəyyən olunan tədbirlərin həyata keçirilməsi;
Əlavə məlumat:
• Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@asb.az elektron ünvanına göndərə bilərlər; • Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Risklərin İdarə Edilməsi Departamentinin mütəxəssisi” göstərməyiniz xahiş olunur; • CV-lər 28.02.2019-cu il tarixədək qəbul olunacaqdır.
|