İşə qəbul və planlaşdırma şöbəsinin müdiri
 
JOB TITLE: İşə qəbul və planlaşdırma şöbəsinin müdiri
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-01 LAST UPDATED: N/A DEADLINE: 2019-03-03

“ABB” ASC  İnsan resurslarının idarə edilməsi və təşkilati işlər departamentinə  İşə qəbul və planlaşdırma şöbəsinin müdiri  vakansiyasını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Bankda insan resurslarına olan tələbatın kəmiyyət və keyfiyyət meyarlarına əsasən müəyyənləşdirilməsi işini koordinasiya etmək;
 Bankda işə qəbulla bağlı müsabiqələri təşkil etmək, həyata keçirmək və nəticələrini rəsmiləşdirmək;
 Bankın aidiyyəti struktur bölmələri ilə birgə işə qəbulla bağlı test sual bazasını formalaşdırmaq və mütəmadi olaraq yeniləmək;
 Bankda vəzifələri müvafiq kateqoriyalar üzrə təsnifləşdirmək və əmək haqqı hədlərinin müəyyənləşdirilməsinə dair təkliflər vermək;
 Bank əməkdaşlarının vəzifə təlimatlarını işlənib hazırlanması və təkmilləşdirilməsində iştirak etmək;
 Gələcək işəgötürmə ehtiyaclarını proqnozlaşdırması üçün struktur rəhbərləri ilə əlaqələrin gücləndirilməsi;
 İşə qəbul prosedurlarının daim yenilənməsi üçün təkliflərin hazırlanması;
 İşəqəbul brendinin formalaşdırılmasını təmin edilməsində iştirak etmək;
 İşəqəbul layihələrində təşkilati işin həyata keçirilməsini təmin etmək;
 Namizədlər üzrə məlumat bazasını formalaşdırmaq;
 İşəqəbul hesabatlarını hazırlamaq;

Tələb olunan səriştələr:

 Komandada işləmək bacarığı;
 Vaxtı idarə etmək qabiliyyəti;
 Yüksək kommunikasiya bacarığı;
 Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
 Təqdimat bacarığı;
 Konfliktlərin idarəedilməsi;

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Azərbaycan, İngilis və Rus dillərini mükəmməl səviyyədə bilmək;
 3 ildən başlayaraq işəqəbul sahəsində iş təcrübəsi ( bank sektorunda təcrübənin olması üstünlükdür);
 MS office proqramlarını əla səviyyədə bilmək;

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində  iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı;
 İnsan resurslarının digər sahələri üzrə zəngin təcrübə qazanmaq imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  01 Mart  2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İşə qəbul və planlaşdırma şöbəsinin müdiri” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP