
"SMART AUDİT" MMC “İnsan Resursları Departamentinin Mütəxəssisi” vakansiyası üzrə işçi axtarır
Vəzifə təlimatları:
• Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən müəssisə, idarə və təşkilatlarda işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqa iş yerinə keçirilməsi, vəzifəsinin dəyişilməsi, mükafatlandırılması, məzuniyyətin verilməsi və s. rəsmiləşdirilməsi; • Əmək haqqının, bütün növ məzuniyyətlərin, ezamiyyətlərin hesablanması; • Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müavinətinin və sosial müavinətlərin hesablanması və electron sistemdə qeydiyyatdan keçirilməsi; • Elektron hökumət portalında işçilərin işə qəbulu, işdən çıxarılması , vəzifə/əmək haqqı dəyişilməsinin həyata keçirilməsi; • İşçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması,bütün növ məzuniyyətlərin rəsmiləşdirilməsi, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edilməsi; • Aylıq davamiyyət cədvəllərinin hazırlanması; • Rüblük MDSS və işsizlikdən sığorta haqqı hesabatlarının göndərilməsi; • Müştərilərə aylıq / həftəlik hesabatların (İşçi sayı, MDSS və işsizlikdən sığorta haqqı borcları və s. barədə) göndərilməsi; • İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən işçilərin icbari sığortasının təmin edilməsi; • İnsan Resursları departamentinə aid digər işlərin yerinə yetirilməsində departament menecerinə köməklik edilməsi.
Vəzifə ilə bağlı tələblər:
• Ali təhsil (İqtisadiyyat və Maliyyə sahəsində təhsilə üstünlük verilir); • Müvafiq sahə üzrə (payroll üzrə təcrübənin olması mütləqdir) minimum 2 il iş təcrübəsinin olması mütləqdir; • Əmək Məcəlləsi və digər normativ-hüquqi aktlar üzrə yüksək səviyyədə biliklər; • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı; • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı; • Gündəlik deadline-lara ciddi riayət; • Komandada işləmək bacarığı; • Peşəkar inkişafa meyllilik; • Riyazi biliklər və analitik düşüncə qabiliyyəti; • Azərbaycan, ingilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı.
İş yeri : Cəfər Cabbarlı 609, Globus Center 12-ci mərtəbə; İş günləri - həftədə 5 gün, 09:00-dan 18:00-dək; Əmək haqqı: 600 - 700 AZN (əlavə olaraq bonuslar və digər motivasiya tədbirləri)
Göstərilən vəzifə üzrə maraqlanan namizədlərdən mövzu hissəsində “İnsan Resursları Departamentinin Mütəxəssisi” yazmaqla bu elektron poçt ünvanına CV göndərmələri xahiş olunur: turana.asadova@smartaudit.az
|