Hüquqşünas ( Lənkəran, Sabirabad və Şəki filiallarına )
 
JOB TITLE: Hüquqşünas ( Lənkəran, Sabirabad və Şəki filiallarına )
EMPLOYER: AccessBank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-04 LAST UPDATED: N/A DEADLINE: 2019-03-06

Vakansiyalar

Lənkəran filialına hüquqşünas (fəaliyyət göstərəcəyi region - Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar)
Sabirabad filialına hüquqşünas (fəaliyyət göstərəcəyi region - Hacıqabul, Şirvan, Saatlı, Sabirabad, Salyan, Neftçala, İmişli)
Şəki filialına hüquqşünas (fəaliyyət göstərəcəyi region - Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı)

Namizədə dair tələblər:

- Hüquq sahəsi üzrə ali təhsilinin olması;
- İş təcrübəsi - minimum 2 il; (bank sahəsində və məhkəmədə iş təcrübəsinin olması arzuolunandır)
- Azərbaycan Respublikası qanunlarının (Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Ailə, Əmək Məcəllələri, Banklar haqqında, İpoteka haqqında Qanun və s.) əsaslarını bilməli;
- Kargüzarlıq qaydalarının əsaslarını bilməli;
- Kompyuter bilikləri (Microsoft Office proqramları);
- Azərbaycan dilini sərbəst bilməli; (Rus və ingilis dilini bilməsi arzuolunandır)
- Ciddi, məsuliyyətli, səliqəli olmalı;
- Yüksək qavrama və öyrənmə qabiliyyətinə malik olmalı;
- Sürücülük vəsiqəsinin olması arzuolunandır.

İş barədə məlumat

- Məhkəmədə, icra şöbələrində, dövlət idarələri və digər təşkilatlarda bankı təmsil etmək, onun hüquq və mənafelərini müdafiə etmək;
- Məhkəmələrə Bankın adından ərizələr və iddia ərizələri, iddialara etirazlar, sorğular, vəsatətlər və apellyasiya şikayətləri hazırlamaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada, müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Məhkəmə aktlarının (qətnamə, əmr və s.) uçotunu aparmaq;
- Məhkəmə qərarlarının icraya yönəldilməsinin təmin edilməsi və icra sənədinin icrası zamanı bankın əleyhinə qəbul edilmiş qərarlardan şikayətlərin hazırlanması;
- Rəhbərliyin verdiyi digər hüquqi xarakterli iş tapşırıqların icrası.

Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP