Dizayner
 
JOB TITLE: Dizayner
EMPLOYER: Modern Group of Companies LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-04 LAST UPDATED: N/A DEADLINE: 2019-03-06

Şirkətin adı: “Modern Group of CompaniesMMC

“Modern Group of Companies” MMC fərqli sektorda fəaliyyət göstərən şirkətləri tərkibində birləşdirərək ölkə iqtisadiyyatına töhfə verməklə yanaşı mindən artıq təhsilli insana iş imkanları yaradır. Fəaliyyət göstərdiyi sektorlarda meyvə şirəsi və qazsız içki istehsalı, tibb mərkəzi, IT texnologiyaları xidməti, mebel istehsalı və s., lider olmağı hədəfləyən şirkətlər qrupu insan resurslarının idarə edilməsi, istehsalatın keyfiyyətinin artırılması, xidmət səviyyəsinin yüksəldilməsi sahələrində dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıq edir və gələcək planlarını həyata keçirmək üçün daxili işçi məmnuniyyətinə xüsusi önəm verir.

İşin adı: Dizayner
İş yeri:  Bakı şəh. Nərimanov rayonu, Əhməd Rəcəbli 19A
İş təcrübəsi: minimum 3 il
Əmək haqqı: 900-1000 AZN
İş qrafiki : 5 günlük (09:00 – 18:00)

Vəzifə öhdəlikləri:

• Yeni məhsul qablaşdırma dizaynları hazırlanması
• Trade marketinqə aid olan dizaynların hazırlanması
• Mövcüd etiket dizaynlarınа dəyişiklər edilməsi
• Web şəkillərin hazırlanması
• Poligrafiya dizaynların hazırlanması

Namizədə tələblər:

• Ali təhsil;
• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
• CorelDRAW , Adobe Photoshop , Adobe İllustrator  proqramları bilmək
• Ünsiyyətcil, komanda ilə işləmək bacarığı;

Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını   hr@moderngroup.az e-mail ünvanına 18.02.2019 cü il tarixinə qədər mövzu yerində “Dizayner” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP