Tender üzrə mütəxəssis
 
JOB TITLE: Tender üzrə mütəxəssis
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-04 LAST UPDATED: N/A DEADLINE: 2019-03-06

• Sərbəst Azərbaycan dili, İngilis və Rus dillərini bilməlidir
• Ofis proqramlarında sərbəst işləmək bacarığının olması
• Minimum 3 il müvafiq sahə üzrə əmək fəaliyyəti olmalı (istehsalat sahəsində işləyənlərə üztünlük verilir)
• Maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil 
• Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək
• Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
• Komandada işləmək bacarığına sahib olmalıdır;
• İstehsalatın texnologiyasını, təmir, tikinti, quraşdırma və montaj işlərinin təşkili qaydalarını bilməsi arzu olunur.

Vəzifələr:

• Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
• Daxil olmuş tender təkliflərinin, ofertaların və kotirovkaların qeydiyyatını aparmaq, onların aidiyyəti üzrə saxlanılmasını təşkil etmək;
• Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
• Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması;
• Tender prosesində şirkətin təmsil olunması;
• Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması.
• Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
• Tender təkliflərini təhlil etmək; ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
• Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;
• Alış sifarişlərini, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirmək;

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Həftəlik 5 iş günü
Nahar ilə təmin edilmə
Nəqliyyat ilə təmin edilmə
Yüksək əmək haqqı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hrcompany18@yahoo.com elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Tender məsələləri üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətinizə baxılmayacaq.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP