Loqistika üzrə böyük mütəxəssis
 
JOB TITLE: Loqistika üzrə böyük mütəxəssis
EMPLOYER: Sumgait Technologies Park LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-04 LAST UPDATED: N/A DEADLINE: 2019-03-06

Vəzifənin adı: Loqistika üzrə böyük mütəxəssis

Vəzifə öhdəlikləri:

• Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki  təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. üçün müraciətin edilməsi;
• Təchizatın logistik məsələlərinin idarə edilməsi üzrə cavabdeh olmaq;
• Logistikaya dair prosedur və proseslərə dair hərtərəfli biliklərin olması;
• Yerli və xarici idxal/ixrac qanunvericiliyini bilmək;
• Xarici şirkətlərlə əlaqə yaratmaq və yükün daşınmasını təşkil etmək;
• Sifariş olunan avadanlıqların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi;
• Hazır avadanlıqların vaxtında yüklənməsi ve sənədləşməsinə nəzarət;
• Avadanlıqların statusu haqqında məlumatın mütəmadi yenilənməsi.

Təhsil/Təcrübə

• Ali təhsil;
• Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dili biliyinə malik olmalı;
• SAP proqramında işləmə bacarığı mütləqdir;
• Analoji sahədə azı 3 il iş təcrübəsi olmalı (Ölkədaxili və ölkəxarici daşımalar üzrə təcrübəli);
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Loqistika üzrə böyük mütəxəssis” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP