Anbarlara nəzarət üzrə böyük mütəxəssis
 
JOB TITLE: Anbarlara nəzarət üzrə böyük mütəxəssis
EMPLOYER: Sumgait Technologies Park LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-04 LAST UPDATED: N/A DEADLINE: 2019-03-06

Vəzifənin adı  : Anbarlara nəzarət üzrə böyük mütəxəssis

Vəzifə öhdəlikləri:

• Anbarlara yükləmə-boşaltma işlərinə nəzarət etmək;
• Anbarlara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
• Anbarlara qəbul edilmiş mallar haqqında son-istifadəçiləri məlumatlandırmaq, onların həmin malları təftiş etməsi məqsədilə lazım olan texnika və işçi qüvvəsi təmin etmək;
• Anbarlara olan malların növlərinə görə səliqə ilə yığılmasına nəzarət etmək;
• İş tapşırıqlarını paylaşdırmaq, eləcə də iş tapşırıqlarını və qaimələri nəzərdən keçirmək;
• Daxil olan yükün qeydiyyat sənədlərini yoxlamaq və düzgün olmasını təsdiq etmək, yüklərdəki çatışmamazlıqlar və artıq çəki ilə əlaqədar yaranan məsələləri cavablandırmaq, eləcə də ehtiyatların vəziyyətinə nəzarət ilə əlaqədar yaranan problemləri həll etmək;
• İnventar sistemlər üzrə hesabatları hazırlamaq və inventar hesabatları təhlil etmək;
• İş gününün əvvəlində və sonunda stok təftişini etmək, məlumatları müdriyyətə bildirmək;
• Anbarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək;
• Anbarda işləyən heyətin işinə nəzarət etmək;
• Anbara boşalan malların yararlılığını yoxlamaq və rəhbərliyə məlumat vermək;
• Anbarda olan mal-materialın təhlükəsizliyini və anbardan buraxılan və anbara daxil olan mal-materialın gəlir-çıxar sənədləri üzrə qeydiyyatını təmin etmək;
• Anbardan malların buraxılış vərəqəsi əsasında buraxılmasını təmin etmək;
• Anbarda olan mal-materialın inventarlaşmasında mühasibatlıqla birlikdə yaxından iştirak etmək;
• Rəhbərlik tərfindən verilmiş digər tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.

Təhsil/Təcrübə

• Ali təhsil (Texniki, iqtisadi və ya riyaziyyat üzrə təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• SAP proqramında işləmə bacarığı mütləqdir;
• Azərbaycan dilində sərbəst danışmaq, Rus və İngilis dillərini sənədləşmə səviyyəsində bilmək;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Anbarlara nəzarət üzrə böyük mütəxəssis” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP