Plastik kartların istehsalı üzrə operator
 
JOB TITLE: Plastik kartların istehsalı üzrə operator
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-06 LAST UPDATED: N/A DEADLINE: 2019-03-08

Azərbaycan Beynəlxalq Bankı  Plastik kartların istehsalı üzrə operator vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Matica Emboser qurğusu vasitəsilə plastik kartların çap edilməsi və müştəriyə təhvil verilməsi;
 Matika embosser qurğusunda yarana biləcək texniki nöqsanların aradan qaldırılması;
 Hazırlanmış kartların təhvil-təslimi prosesində iştirak etmək;
 Kart pəstahlarının uçotunun aparılması, ehtiyyat kartların olmasına nəzarət və kartların təhlükəsiz şəkildə saxlanılması;
 Balansda olan kartlarla bağlı gündəlik hesabatların verilməsi.

Davranış səriştələri:

 Müştərilərlə nəzakətli ünsiyyət;
 Müştərilərə vaxtında, düzgün və keyfiyyətli xidmətin göstərilməsi;

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Azərbaycan və rus dillərində danışıq və yazı bacarığı.
 Ofis proqramlarında sərbəst iş bacarığı;
 Çap qurğularında işləmək bacarığı (Matica Embosser qurğusu ilə iş təcrübəsinin olması üstünlükdür);
 Bank sahəsində Plastik kartların istehsalı və ya Əməliyyat istiqaməti üzrə 1 il iş təcrübəsi;
 Ünsiyyət qurma bacarığı, işə məsuliyyət;
 POS terminallarla işləmək bacarığı.

Digər əsas keyfiyyətlər:

 Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti;
 Komanda da işləmək bacarığı;
 Yüksək motivasiya və iş yükünə dayanıqlılıq bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

 Bankın əməliyyat sahəsini dərindən öyrənmə imkanları;
 Satış sahəsində təcrübəli şəxslərdən texniki biliklərin qazanılması;
 Bank kredit və qeyri kredit məhsulları haqqında öyrənmə imkanları.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  20  fevral  2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Plastik kartların istehsalı üzrə operator” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

 Matika Emboser qurğusu vasitəsilə plastik kartların çap edilməsi;
 Kart pəstahlarının uçotunun aparılması, ehtiyyat kartların olmasına nəzarət və kartların təhlükəsiz şəkildə saxlanılması;
 Matika embosser qurğusunda yarana biləcək texniki nöqsanları aradan qaldırmaq;
 Hazırlanmış kartların təhvil-təslimi prosesində iştirak etmək;

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP