İT Dəstək Üzrə Mühəndis
 
JOB TITLE: İT Dəstək Üzrə Mühəndis
EMPLOYER: PITS LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-07 LAST UPDATED: N/A DEADLINE: 2019-03-09

Vəzifə: İT Dəstək Üzrə Mühəndis

Şirkət: PITS MMC

Ölkə: Azərbaycan

Ünvan: Salyan şosesi 32, Səbail rayonu, Bakı şəhəri

Vəzifə öhdəlikləri:

 İT dəstək üzrə “ServiceDesk”-ə göndərilən son istifadəçi sorğularını həll etmək;
 Həll edilmiş sorğuların və həllərin qeydiyyatını aparmaq;
 Aktiv sorğuları ən son məlumatlara uyğun və detallı şəkildə yeniləmək;
 İT Dəstək üzrə daxil olan elektron məktubları nəzarətdə saxlamaq; 
 Şirkətin bütün məcburi qayda və proseduralarına riayət etmək;
 Telefonlar da daxil olmaqla, istifadəçilərin cihazlarını quraşdırmaq, konfiqurasiya etmək və problemlərini həll etmək;
 Proqram təminatının yüklənməsi, sazlanması və yarana biləcək problemlərin həlli;
 LAN/ WAN qurğularının quraşdırılması (Şirkətin Telekommunikasiya komandasının rəhbərliyi ilə);
 Şirkətin Telekommunikasiya Komandasının idarəçiliyi altında strukturlu  LAN kabelləşməni icra etmək;
 İstifadəçilərə məxsus qurğuların şəbəkə sistemi ilə təmin olunması və əlaqəli problemlərin həlli;
 Son istifadəçilərə İT üzrə ilkin təlimat vermək;
 Təcili sorğuların mövcudluğu halında uyğun proseduralara (iş üzrə menecerə, İT dəstək & Müştərilərlə iş üzrə menecerə məruzə etmək) əsaslanmaq;
 Avadanlıqların yerdəyişməsi/uyğun şəraitdə saxlanılması həyata keçirmək;
 Yeni texnologiyaları öyrənmək üçün maraq və bacarıqları nümayiş etdirmək;
 Avadanlıqların çatdırılması üzrə işləri koordinasiya etmək;
 Şirkət personalının müraciətinə uyğun olaraq, Üçüncü tərəfin əraziyə/server otağına girişini müşayiət etmək;
 Vaxtaşırı olaraq, iş ərazilərinin və Avadanlıqların saxlandığı anbarın yoxlanışını həyata keçirmək.

Tələb olunan təcrübə:

Tələb olunan sahə üzrə ən az 2 il təcrübə

Bilik və Bacarıqlar:

 Masaüstü və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğularla ilə işləmə bacarığı;
 Windows əməliyyat sistemlərində işləmə bacarığı;
 Microsoft Office proqramından istifadə təcrübəsi;
 Windows Server, Active Directory və Group Policy anlayışından tam xəbərdar olma;
 Ethernet, İP və şəbəkə cihazlarının iş prinsiplər barədə məlumatlı olmaq;
 Problemləri düzgün analiz edə bilmə bacarığı;
 Azərbaycan dilində son istifadəçilərlə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qura bilmək bacarığı;
 İngilis və rus dillərində texniki ifadələri anlama və texniki sənədlərlə işləmə bacarığı;
 Komanda daxilində işləyə bilmək, işləri koordinasiya edə bilmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  hr@pits.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İT Dəstək Üzrə Mühəndis” göstərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP