SMM üzrə mütəxəssis
 
JOB TITLE: SMM üzrə mütəxəssis
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-07 LAST UPDATED: N/A DEADLINE: 2019-03-09

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: SMM üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• Şirkətin sosial şəbəkələrdə irəliləyiş strategiyasını hazırlamaq;
• Mediaplanların hazırlanması;
• Reklam kampaniyalarının aparılması, reklam materiallarının hazırlanıb social şəbəkələrdə yerləşdirilməsi;
• Mətn, foto, video və audio materialların axtarışı, yaradılması və yerləşdirilməsi;
• Reklam kampaniyalarının effektliliyinin analizi;
• Rəqiblərin SMM aktivliliyini analizi və analitik hesabatların hazırlanması.

Tələblər:

• Azərbaycan və rus dillərini əla səviyyədə bilməli;
• Hər iki dildə düzgün şifahi və yazılı nitqi olmalı;
• Sosial şəbəkələrlə işin aspektlərini bilməli;
• Facebook ADS Manager-i yaxşı bilməli;
• Punktual və stresə davamlı olmalıdır;
• İş təcrübəsi arzu olunandır.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: Razılaşma yolu ilə

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “SMM üzrə mütəxəssis” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP