
Vəzifə: Layihəçi mühəndis (inşaat)
Vəzifə funksiyaları:
• Mülki, sənaye və infrastruktur obyektlərinin layihələndirilməsi; • Tender sənədlərinin hazırlanması zamanı iş həcmlərinin layihəyə uyğunluğunun yoxlanılması; • Forma 2-lərin layihəyə uyğunluğunun müəyyənləşdirilməsi; • Mal material sifarişinin iş həcmlərinə uyğunluğunun yoxlanılması; • Layihə sənədlərinin icra qurumları və dövlət müəssisələri ilə razılaşdırılmasında iştirak etmək; • Yeni layihələrin hazırlanmasında və layihə dəyişiklikləri zamanı texniki heyətdə iştirak etmək; • Əsas iş yeri ofisdə olmaqla lazım olduqda tikinti sahəsinə ezamiyyətlərə getmək;
Tələblər:
• İnşaat sahəsində Ali Təhsil; • Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi; • Xarici dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir; • Ofis proqramlarını və AutoCad - dan yüksək səviyyədə istifadə etmək bacarığı; • Müvafiq sahə üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir; • Qüvvədə olan tikinti normativləri ilə tanışlıq;
Əmək haqqı: 1200-1500 AZN
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 8:30 - 17:30 - Şənbə: 10:00-16:00
İş yeri Xırdalan dairəsində yerləşir. Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “Layihəçi mühəndis” yazmaqla öz CV-lərini hr-cv@ramco.az ünvanına göndərə bilərlər.
|