Sığorta riski və ehtiyatların hesablanması şöbəsinin kiçik mütəxəssisi
 
JOB TITLE: Sığorta riski və ehtiyatların hesablanması şöbəsinin kiçik mütəxəssisi
EMPLOYER: PASHA Life DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-08 LAST UPDATED: N/A DEADLINE: 2019-03-10

Vakansiya haqqında məlumat:

Struktur bölmə : Sığorta riski və ehtiyatların hesablanması şöbəsi
Vəzifə : Kiçik mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi :  10 fevral 2019-cu il

Əsas vəzifə öhdəlikləri:

1. Sığorta öhdəliklərinin ( ehtiyatların ) hesablanmasında iştirak etmək;
2. Sığorta öhdəliklərinin ( ehtiyatların )  strukturunun ( müddət, valyuta və s.) və gələcək pul axınlarının mütəmadi təhlilini aparmaq;
3. Əsas sığorta risklərini müəyyən etmək, ölçmək və risk səviyyələrinə təsir edən tədbirlər planının hazırlanmasında iştirak etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi : Tələb olunmur;

Təhsili/ixtisası :

İqtisadiyyat, Statistika, Riyaziyyat, Komputer Elmləri və ya Kibernetika sahəsində bakalavr dərəcəsi tələb olunur, magistr dərəcəsi arzu olunandır;
Dil bilikləri : Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir, ingilis dili və rus dili biliyi üstünlükdür;

Kompüter bilikləri : MS Excel proqramından yüksək səviyyədə, digər MS Office proqramlarından orta səviyyəli istifadə bacarıqları tələb olunur;

Üstünlüklər: Aktuar lisenziyasının olması, beynəlxalq  və ya yerli aktuar imtahanlarından uğurla keçməsi üstünlükdür;

Fərdi keyfiyyət tələbləri :

Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, problem həlletmə,  geniş perspektiv.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası : Namizədlər https://pasha-life.az/about?lang=az#career  keçidinə daxil olmaqla “Sığorta riski və ehtiyatların hesablanması şöbəsinin kiçik mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP