Reception-Operator tələb olunur
Şirkət: DryMatic quru təmizləmə və çamaşırxana şirkəti
Əsas vəzifə öhdəlikləri:
• Filiala gələn müştərilərin qarşılanması və müştərilərə xidmətlər haqqında məlumatların verilməsi • Müştərilərdən sifarişlərin qəbul edilməsi, sifariş zamanı qaydalara uyğun olaraq malların yoxlanması • Sifarişləri hazır olan müştərilərin məlumatlandırılması və sifarişlərinin təhvil verilməsi • Call center-ə gələn zənglərin cavablandırılması, sifarişlərin götürülməsi və koordinasiya olunması • Zəruri olduqda müştərilərlə sorğuların keçirilməsi • Telefonla yeni müştərilərin cəlb edilməsi • Sosial şəbəkələrə müştərilər tərəfindən ünvanlanmış müraciət və sualların cavablandırılması
Namizədə qarşı tələblər:
• Cinsi: qadın • Yaş aralığı: 20-35 yaş • Azərbaycan və Rus dillərində səlist danışıq və ünsiyyət bacarığı (İngilis dili əlavə üstünlük hesab olunacaq) • Baza səviyyəsində ofis proqramlarından istifadə • Təhsili: Orta ixtisas və ya ali
İş ilə bağlı məlumatlar:
• İş saatı : 09:00 – 20:00 • Əmək haqqı: Sınaq dövrü üçün (ilk 3 ay) 250 AZN + telefonla qəbul edilmiş sifarişlərin həcmindən asılı olaraq bonus. Sınaq dövründən sonra 300 AZN + bonus
Əlaqə:
• Şəkilli CV-lər info@drymatic.az ünvanına göndərilməlidir. Mailin “mövzu” hissəsində vəzifənin adı qeyd olunmalıdır • CV-lər baxıldıqdan sonra əgər ilk mərhələ üçün uyğun olarsa namizədə şirkət tərəfindən zəng ediləcəkdir
|