Kondisioner ustası
 
JOB TITLE: Kondisioner ustası
EMPLOYER: Sinteks Group of Companies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-18 LAST UPDATED: N/A DEADLINE: 2019-03-20

 1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış  şirkətlərindən biridir.

SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi,  dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.

Qrup dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.

Hal hazırda Sinteks Şirkətinin İnfrastrukturunun idarəedilməsi üzrə Kondisioner ustası tələb olunur.

Vəzifə öhdəlikləri:

• Kondisionerin hava filtrlərinin təmizlənməsi
• Drenaj sistemin təmizlənməsi
• Kondisioner sistemlərinin Freon qazı ilə doldurulması
• Lehimləmə və qaynaq işlərinin aparılması
• Yerlərdə daxili və xarici blokların yuyulması və təmizlənməsi
• Drenaj sisteminin təmir olunması
• Ventilator motorlarının dəyişdirilməsi
• Kompressor motorlarının montajı və demontajı işlərinin aparılması, dəyişdirilməsi
• Sensorların dəyişdirilməsi

Namizədə qoyulan tələblər:

• Texniki təhsil
• Kondisioner təmiri sahəsində azı 3-5 il iş təcrübəsi
• Split, Kanal, VRV kondisionerlərin və Çiller sistemlərinin iş prinsiplərini bilmək
• Zəruri ehtiyyat hissələrini təyin etməyi bacarmaq
• Nasazlıq səbəblərini araşdırıb, problemləri qısa müddətdə həll etməyi bacarmaq
• Kondisionerlərin ehtiyyat hissələrini və həmin ehtiyyat hissələrin Bakı şəhərində mövcud olan satış nöqtələrini tanımaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment@sinteks.com e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Kondisioner ustası” qeyd etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP