Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (tikinti işləri üzrə)
 
JOB TITLE: Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (tikinti işləri üzrə)
EMPLOYER: SMTS MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-19 LAST UPDATED: N/A DEADLINE: 2019-03-21

Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (tikinti işləri üzrə)

Vəzifə öhdəlikləri:

1. Layihənin xüsusiyyətləri, təsvirləri, metodikası və Keyfiyyətə nəzarət planları / prosedurlarını hazırlamaq;
2. İşlərin yerinə yetirilmə metodunun hazırlanması və müştəri ilə razılaşdırılması;
3. İşin əhatə dairəsi üzrə Təftiş Test Planının hazırlanması və müştəri tərəfindən təsdiqlənməsi;
4. Layihənin bütün növ sənədlərin qeydiyyatı həmçinin bütün digər layihələrə aid xüsusi keyfiyyətə nəzarət hesabatları yaratmaq, yeniləmək və saxlamaq;
5. Müəyyən edilmiş tələblərə, standartlara və ya direktivlərə dair tamlığı və uyğunluğunu yoxlamaq;
6. Hesabatların,sənədlərin yoxlanılması, tələb olunan keyfiyyət sənədlərini toplamaq və göndərmək;
7. Tikinti sahəsində aparılan işlərin layihə tələblərinə, norma və standartlara uyğun olaraq həyata keçirilməsini təmin etmək və yerinə yetirilmiş işlərin qəbulunda iştirak etmək, növbəti işin başlanılmasına icazə vermək;
8. Uyğunsuzluq hesabatı, düzəldici və önləyici fəaliyyət (NCR, CAP) hesabatlarının hazırlanmasında və icrasında icraçılarla əməkdaşlıq edir və həyata keçirir. Verilmiş uyğunsuzluq və ya düzəldici önləyici hesabatlarını sistemli olaraq qeydiyyatını aparır və müvafiq düzəliş tədbirlərini müəyyən edir;
9. Testlərin, nəzarətin və yoxlamaların aparıldığından və icraçıların bütün lazımi layihə sənədlərindən istifadə edə biləcəyindən əmin olmaq;
10. Mühəndis kommunikasiya sistemlərinin sınaqdan keçirilməsi və istifadəsi üzrə koordinasiya etmək və sənədləşdirməni aparmaq;
11. İşin keyfiyyətinə təsir edən məsələləri həll etmək və ya işin keyfiyyətinə mənfi təsir edə biləcək zəruri hallarda işi dayandırmaq;
12. Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə və müvafiq sertifikatların alınmasına nəzarət etmək;
13. Tikinti sahəsinə daxil olan materialların layihə uyğunluğunu yoxlamaq, tələblərə cavab vermədikdə isə materialın qəbulunu dayandırmaq;
14. KND meneceri tərəfindən vəzifələrin yerinə yetirilməsi, sifarişlərin və tapşırıqların vaxtında və səmərəli icrası üçün cavabdehlik daşıyır;
15. Məxfi informasiyanın və şirkət sirlərini saxlamağa məsuldur;
16. Əmək intizamına və daxili intizam qaydalarına riayət etməklə məsuliyyət daşıyır.

Namizədə olan tələblər:

• Ali texniki təhsil (İnşaat sahəsində Ali təhsili olanlara üstünlük veriləcək)
• Keyfiyyətə nəzarət mühəndisi (tikinti işləri üzrə) olaraq ən az 3 il iş təcrübəsi
• Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri;
• Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə
• MS Office, AutoCad əla səviyyədə bilməli
• Texniki biliklərin yüksək səviyyədə olması;
• İşgüzar ünsiyyət bacarığı;
• Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqlar;
• Komandada işləmək bacarığı.

Digər tələb və şərtlər:

- Yaş həddi: 25-40
- Əmək haqqı 1200-2000 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (tikinti işləri üzrə)” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP