Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (qaynaq işləri üzrə)
 
JOB TITLE: Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (qaynaq işləri üzrə)
EMPLOYER: SMTS MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-19 LAST UPDATED: N/A DEADLINE: 2019-03-21

Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (qaynaq işləri üzrə)

Vəzifə öhdəlikləri:

1. Qaynaq işləri üzrə KND mühəndisi (qaynaq işləri üzrə) üzərinə qoyulan vəzifələri yerinə yetirməli, qaynaq tikişlərinin və materialların keyfiyyətinin uyğun metod ilə yoxlanmasını və nəticələrin düzgün sənədləşdirilməsini aparmalıdır;
2. Görülən işlərin və sənədləşdirmənin beynəlxalq standartlara uyğun qiymətləndirilməsini bacarmalıdır;
3. Qaynaq işləri üzrə KND mühəndisi (qaynaq işləri üzrə) öhdəsində olan alət və avadanlıqların saxlanma şəraiti və vaxtında kalibrasiyası, həmçinin avadanlıqların uzun müddət istismar olunmasını təmin etməlidir;
4. Qaynaq işləri üzrə KND mühəndisi (qaynaq işləri üzrə) radioqrafiya işlərində istifadə olunan radioaktiv maddələrin (izatopların) istifadəsinə və radiasiyadan müdafiə təlimatının tələblərinə riayət etməlidir;
5. Qaynaq işləri üzrə KND mühəndisi (qaynaq işləri üzrə) öz ixtisasının artırılması, biliklərinin təkmilləşdirilməsi və fəaliyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə tədris kurslarında iştirak etməlidir;
6. Radioqrafiya işlərində istifadə olunan radioaktiv maddələrin (izotopların) saxlanılması və daşınmasını Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təmin etməli;
7. Tikinti sahəsində NDT operatorlar arasında iş bölgüsünü təmin etməlidir;
8. Qaynaq birləşmələrinin vizula, QDT üsülu ilə yoxlamasını, hesabatların hazırlanmasını həyata keçirir;
9. Tikinti sahəsində görülən işlərlə bağlı müştəri və podratçı ilə mütəmadi əlaqə yaradır;
10. İşin (xidmətin) keyfiyyətinin pisləşməsi səbəblərini, onların aradan qaldırılması üzrə təkliflər və həmçinin iştirak edən bütün manqaların məsuliyyətinin artırılması üzrə zəruri tədbirlərin işlənib hazırlanmasını öyrənmək;
11. Tikinti sahəsinə daxil olan qaynaq materialların layihə uyğunluğunu yoxlamaq, tələblərə cavab vermədikdə isə materialın qəbulunu dayandırmaq;
12. KND meneceri tərəfindən vəzifələrin yerinə yetirilməsi, sifarişlərin və tapşırıqların vaxtında və səmərəli icrası üçün cavabdehlik daşıyır;
13. Məxfi informasiyanın və şirkət sirlərini saxlamağa məsuldur;
14. Əmək intizamına və daxili intizam qaydalarına riayət etməklə məsuliyyət daşıyır.

Namizədə olan tələblər:

• Mühəndislik ixtisası üzrə ali təhsil
• Keyfiyyətə nəzarət Departamentinin mühəndisi (qaynaq işləri üzrə) olaraq inşaat sektorunda ən az 5 il iş təcrübəsi
• Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə
• MS Office, AutoCad
• BS EN İSO 17637:2011 Non destructive testing of welds, visual testing of fusion - welded joints sertifikatına malik olmalı;
• İSO 9712 standartı üzrə ultrasəs, penetreyt, radiasiya və magnit metodu ilə yoxlama işləri üçün minimum II Level sertifikata malik olmalıdır;
• Texniki biliklərin yüksək səviyyədə olması;
• İşgüzar ünsiyyət bacarığı;
• Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqlar;
• Komandada işləmək bacarığı.

Digər tələb və şərtlər:

- Yaş həddi: 25-40
- Əmək haqqı 1200-2000 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (qaynaq işləri üzrə)” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP