Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-18 LAST UPDATED: N/A DEADLINE: 2019-03-20

Mühasib

Vəzifə öhdəlikləri:

- Şirkətin vergi və mühasibat uçotunun aparılması;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi, debitor və kreditor hesablaşmalarının aparılması;
- Mal-materialların uçotunun aparılması;
- İşçilərin əmək haqqlarının hesablanması;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Aylıq maliyyə hesabatlarının hazırlanması;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyati orqanlara təqdim edilməsi;
- Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.

Tələblər

- Ali təhsil (maliyyə və yaxud mühasibatlıq üzrə)
- Yaş həddi: 25-40 yaş
- Azərbaycan, rus və ingilis dili biliyi
- MS Office proqramları üzrə biliklər,  BTP, EFP  proqramları ilə işləmə bacarığı;
- İnternet Bankinglə online ödənişləri həyata keçirmə bacarığı;
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
- İşgüzar, məsuliyyətli, ünsiyətçil olmalı
- Fərdi və komandada işləmək bacarığı
- Dəqiq və sürətli işləmək bacarığı

İş şəraiti:

- İş qrafiki: 09:00-18:00, həftənin bazar ertəsi – cümə günləri
- İstirahət günü: şənbə, bazar günləri
- İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir

Maraqlananlar öz şəkilli CV formalarını microtechcv19@gmail.com ünvanına göndərə bilər. Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək və Cvnin şəkilli olması mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP