Mühafizəçi (Sumqayıt)
 
JOB TITLE: Mühafizəçi (Sumqayıt)
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan, Sumgait
PUBLISHED: 2019-02-19 LAST UPDATED: N/A DEADLINE: 2019-03-21

 "Optimal Elektronika" MMC  1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir.  Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin  brend geyimlərinin  Azərbaycanda satışı ilə məşğuldur. Şirkətimiz ingiltərənin M&CO  brendinin Azərbaycanda və Qafqazda yeganə frençayzinq partnyorudur. M&Co mağazası Optimalın Nizami (Tarqovıy) filialının ikinci mərtəbəsində yerləşir. Əlavə məlumat üçün www.mandco.az  və www.optimal.az linkinə tıklaya bilərsiniz.

"Optimal Elektronika" MMC  davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Niyə məhz Optimal?

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq!

Optimal şirkəti Sumqayıt ərazisində açılan yeni market üçün “Mühafizəçi” vakansiyasını açıq elan edir.

Vakansiya:  Mühafizəçi (Sumqayıt)

Tələblər:

• Ali  və ya orta təhsil;
• Hərbi xidməti başa vurmuş olmalı;
• Boyu 170 sm-dan yuxarı olmalı;
• Mühafizəçi kimi iş təcrübəsi üstünlükdür;
• İdman nəaliyyətləri olanlara  üstünlük verilir;
• Fiziki cəhətdən sağlam olmalı;
• Sumqayıt sakini olmalı.

Vəzifələri:

• Marketə daxil olan qonaqların, qarşılanması, müvafiq bölməyə yönləndirilməsi, yola salınması;
• Daxili təhlükəsizlik qaydalarına riayət olunmasını nəzarətdə saxlamaq;
• Maddi dəyəri olan məhsulların oğurluğunun qarşısnın alınması;
• Marketinq və işçilərinin təhlükəsizliyinin təmin edilməsi.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “Mühafizəçi (Sumqayıt) ” qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az  elektron ünvanına göndərməyiniz xahiş olunur. 
*Müraciətlər yalnız elektron formada qəbul edilir.  İşə qəbul üzrə namizədlərin  qiymətləndirməsi regional filiallarda aparılmır.
Son tarix:  20.03.2019

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP