Təhlükəsizlik üzrə bölgə rəisi
 
JOB TITLE: Təhlükəsizlik üzrə bölgə rəisi
EMPLOYER: MKT İstehsalat Kommersiya MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-19 LAST UPDATED: N/A DEADLINE: 2019-03-21

MKT-İK MMC (Pambıq müəssəsi) Təhlükəsizlik üzrə bölgə rəisi vakansiyasına işçi axtarır.

İş yeri: Kürdəmir, Zərdab ,Ucar, Ağcabədi rayonları.

Vəzifə öhdəlikləri:

• Cəmiyyətin özü və filiallarında konfidensial məzmunlu məlumatların dövriyyəsi vəziyyətini yoxlamaq və hər hansı bir pozuntu aşkar olunduqda müvafiq xidməti araşdırmalar aparmaq, qanunvericilik, daxili qaydalar və səlahiyyətləri çərçivəsində tədbirlər görmək,
• İstehsal sahəsində olan hər hansı neqativ məqamlara birbaşa müdaxilə etmək,
• Təhlükəsizlik baxımından məna kəsb edən şəxslərin, partnyorların və digər əlaqəli şəxslər barədə araşdırmalar aparır, aşkar olunmuş faktlar barədə Cəmiyyətin Baş direktorunu məlumatlandırır.
• Filiallarında sabotaj, dələduzluq, oğurluq, talama kimi qeyri-qanuni hərəkətlərə qarşı mübarizəni təşkil edir, onların mənbələri və nəticələri barədə məlumatlar toplayır, daxili tədqiqatlar və araşdırmalar aparır, təsdiq olunmuş faktlar barədə dərhal Cəmiyyətin direktorunu məlumatlandırılması,
• Təhlükəsizliyi ilə əlaqədar aparılmış araşdırmalar və tədqiqatlar nəticəsində təqsiri bir mənalı sübut olunmuş günahkar şəxslər barəsində tədbir görülməsi üçün aidiyyəti strukturun rəhbərinə məlumat verilməsi,
• Tabeliyində çalışan əməkdaşlardan məlumatlar alaraq həftəlik, aylıq hesabatlar hazırlamaq. Cəmiyyətin özü və filiallarında İT təhlükəsizliyinə, o cümlədən şəbəkə və proqramlara buraxılış rejiminə riayət olunmasına, kənar müdaxiləyə qarşı mübarizənin təşkilinə, habelə konfidensial məlumatların qorunmasına, dövriyyəsinə və arxivləşməsinə nəzarət edilməsi,
• İnformasiya təhlükəsizliyi üzrə daxili qaydalara riayət olunması üzərində nəzarətin təmin edilməsi,
• Filiallarda təhlükəsizlik siyasətinə riayət olunması vəziyyətini daima monitorinq edir, ehtiyac olan araşdırmalar aparır və məsləhətlər verilməsi,
• Bölgələr üzrə təhlükəsizlik siyasətinin düzgün həyata keçirilməsinə nəzarət etmək,
• Təhlükəsizlik siyasəti və konfidensial məlumatların dövriyyəsinə dair qaydaların tətbiqini təşkil edilməsi. Cəmiyyətin özü və filialları üçün ümumi təhlükəsizlik siyasətinin hazırlanması və onu daima təkmilləşdirilməsi və təsdiq üçün Cəmiyyətin direktoruna təqdim edilməsi,
• Cəmiyyətin özü və filialları əməkdaşlarını təhlükəsizlik siyasətindən irəli gələn vəzifələr üzrə təlimlər keçirilməsinin təşkili.

Tələblər:

• Ali təhsil;
• Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
• Təhlükəsizlik haqqında əsasnaməni bilmək;
• Təhlükəsizlik qaydaları və prosedurlarını bilmək;
• MS Office (Word, Excel) orta səviyyədə bilmək;
• Rus dili biliyi arzuolunandır.

Müraciət qaydaları: CV–ni Azərbaycan dilində hr@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Təhlükəsizlik üzrə bölgə rəisi” yazmaqla müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP