Cost Controll
 
JOB TITLE: Cost Controll
EMPLOYER: Resant Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-19 LAST UPDATED: N/A DEADLINE: 2019-03-21

Resant Group Restoranlar şəbəkəsinə “Cost Controll” vəzifəsinə işçi  tələb olunur

Tələblər :

- Maliyyə-iqtisadi yönümlü bakalavr dərəcəsi
- Xərclərə nəzarət sahəsində minimum 2 il iş təcrübəsi
- Yüksək analitika bacarıqları
- Detallara diqqətli
- Güclü kommunikasiya bacarıqları (yazılı və şifahi)
- Müstəqil işləmə və təşəbbüskarlıq xüsusiyyətləri
- Komanda ruhlu, motivasiyalı və yüksək şəxsi keyfiyyətləri
- Dil Bacarıqları (İngilis və Rus dili bilikləri arzu olunandır)
- Cins : Q ( Xanım namizədlər )
- Yaş həddi : 27 yaşdan yuxarı

Vəzifə borcları :

Restoran ilə, yəni – qida və iaşə, digər müxtəlif xidmətlər və məhsullar ilə bağlı hər cür satış, ümumi nəzarət, mal qəbul etmə və buraxılış məsələrinə aidiyyatı olan prosedurlara nəzarət etmək və bütün proseslərin Şirkətin siyasətinə müvafiq şəkildə icra edilməsini təmin etmək.
Restoranın inventarları, istehlak məmulatları, təmin edilən fərqli məmulatların alınması və onlara nəzarət edilməsi ilə bağlı daxili təlimatları  təbliğ etdirmək.
• Anbarda olan məhsulların sayımı.
• Gündəlik qiymətləndirmə daxil olmaqla, Restoranın  bütün inventarları üçün məlumat bazası yaratmaq və gedişatını izləmək.
• Restoranın bütün məmulatlarının, xüsusilə qida və iaşə məhsullarının müvafiq şəkildə saxlanılmasını və buraxılmasını təmin etmək.
• Əməliyyatlarla bağlı restoranın bütün istehlak ləvazimatlarını və inventarları qiymətləndirmək və bu qiymətləri satış sistemində yerləşdirmək və aylıq şəkildə  xüsusilə qida və iaşə səhəsində potensial satış qiymətlərini tənzimləmək.
• Əməliyyatlarla bağlı məsrəflərin aylıq hesabatını hazırlamaq və qiymətlərin daha sərfəli alternativlərini təklif etmək.
• Anbarın bütün qida və iaşə tələbləri ilə bağlı qiymətləndirmə aparmaq və aşağıdakıları hesablamaq:
o Restoran üzrə aylıq qida və iaşə xidmətlərinin mövcud qiymətlərinin hazırlanması
o Anbar üzrə aylıq qida və iaşə məmulatlarında olan dəyişikliklərin  hazırlanması
• Menyu qiymətləndirilməsində idarəetməyə  kömək etmək məqsədilə menyudakı məmulatların satış qiymətlərinin yaradılmasında iştirak etmək.
• Banketlərdə və s. aşağıdakı proseslərin təşkili və nəzarət edilməsində iştirak etmək:
o Nəğd pulla ödənilən Barlar
o Menyudakı bölmələr (onların ümumi sistemə uyğun olmasını yoxlamaq)
o Spritli içkilərin süzülməsi prosesi
o Çek ilə bağlı nəzarətlər
o Nəğd pul ödənişi və çeklərin uyğunluğu
o Əməliyyat inventarları və onların tənzilənməsi
o Porsiyalara nəzarət
• İdarəetmə tərəfindən tələb edildiyi şəkildə Qida və İaşə xidmətləri ilə bağlı hesabatlar hazırlamaq.
• Yemək və digər məsrəfləri  izləmək , qeydiyyat etmək və hər hansısa bir uyğunsuzluq olduğu təqdirdə Mailiyyə Direktoruna məruzə etmək.
• Qida və İaşə xidmətləri inventarlarının səliqəli şəkildə təmin edilməsini izləmək, kordinasiya etmək və nəzarət etmək. 
• Yuxarıda qeyd edilən inventarları təsdiqləmək, cədvəlləşdirmək və aylıq inventar tənzimləmələri jurnalını hazırlamaq. 
• Departamentin Direktoru, Qida və İaşə xidmətləri Departamentinin Direktoru, Baş Aşpaz, Menecer ilə sıx əməkdaşlıq etmək və onların fəaliyyət sahəsində yarana biləcək hər hansısa çatışmamazlıqların qarşısını vaxtında almaqla, onların fəaliyyətinin mükəmməl şəkildə təşkil olunmasını təmin etmək.
• Lazımi ehtiyaclar barədə xəbərdar olmaq məqsədilə Qida və İaşə xidmətləri ilə bağlı iclaslarda iştirak etmək və Qida və İaşə şöbəsinin idarəsini müvafiq  nəticələrə yönləndirmək.
• Şirkətin ən yüksək standartlarını əks etdirmək üçün hər zaman peşəkarcasına davranmaq və həmkaları eyni cür davranmağa ruhlandırmaq.
 
Əmək haqqı : 1000 AZN

*Maraqlanan namizədlər CV formalarının hr_resant@mail.ru  ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP