Nəqliyyat bölmə müdiri
 
JOB TITLE: Nəqliyyat bölmə müdiri
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-20 LAST UPDATED: N/A DEADLINE: 2019-03-22


 
Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Nəqliyyat bölmə müdiri
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 5 il
Təhsil: Nəqliyyat sahəsi üzrə ali təhsil
Yaş həddi: 35-50
İşin Təsviri: Nəqliyyat bölməsi daxilində bütün fəaliyyət və funksiyaları idarə etmək.

Vəzifə öhdəlikləri:

- Nəqliyyat bölməsinin işini ümumi müəssisə strategiyasına sinxronlaşdırılmasının təmin edilməsi;
- İllik nəqliyyat büdcəsinin planlanması, büdcə limitləri çərçivəsində səmərəli şəkildə istifadə edilməsi;
- Gündəlik çatdırılma fəaliyyətinin səmərəli şəkildə təmin olunması məqsədilə  resursların və işlərin effektiv planlaşdırılması və həyata keçirilməsi;
- Satınalma strukturuna nəqliyyat üçün materialların, təchizat və avadanlıqların satın alınmasının tövsiyə edilməsi və səmərəliliyin təmin edilməsi üçün əlaqədar təkliflərin verilməsi;
- Qabaqcıl texnologiyaları tətbiq etməklə nəqliyyat sisteminin gələcək fəaliyyətinin təkmilləşdirilməsi;
- Bölmənin əməkdaşlarının effektiv fəaliyyətinin təmin olunması;
- Nəqliyyat bölməsinə işə qəbul üzrə müraciət edən namizədlərin ixtisaslarının nəzərdən keçirilməsi və seçim üçün tövsiyələrin verilməsi.

Tələblər:

- Nəqliyyat üzrə (logistika, ticari daşımaçılıq) rəhbər vəzifələrdə ən azı 5 il iş təcrübəsi;
- Ölkədaxili və ölkəxarici logistika, distribusiya və təchizat sahələrinin mövcud vəziyyəti barədə məlumatlılıq;
- Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;
- Liderlik qabiliyyəti;
- Rus və ingilis dili biliyi;
- MS Office proqramları biliyi.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Nəqliyyat bölmə müdiri” yazmaqla CV göndərərək müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP