Böyük proqramçı (iOS)
 
JOB TITLE: Böyük proqramçı (iOS)
EMPLOYER: Elektron Hökumətin İnkişafı Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-20 LAST UPDATED: 2019-02-21 DEADLINE: 2019-03-22

Dövlət orqanının adı : “Elektron Hökumətin İnkişafı Mərkəzi” Publik Hüquqi Şəxsi
Departamentin adı : Proqram təminatı
Şöbənin adı : Mobil həllər şöbəsi
Vəzifənin adı : Böyük proqramçı (iOS)

Vəzifə funksiyaları:

• mobil tətbiqləri hazırlayır, əlavə və dəyişiklikləri edir;
• mövcud mobil layihələrdə əlavə və dəyişiklikləri edir, onları təkmilləşdirir;
• mobil proqram təminatı işini optimallaşdırır;
• standartlara uyğun kod yazımı aparır;
• yazılan kodları test edir, yaranan problemləri analiz edir və aradan qaldırır;
• texniki tapşırıq əsasında yerinə yetirilən işlərin zamanında təhvil verilməsinə riayət edir;
• proqram təminatı istifadəçisindən daxil olan tələbləri təhlil edir və problemləri həll edir;
• layihələrin hazırlanmasında və onların təhlil edilməsində iştirak edir;
• proqram layihələrinin hazırlanması üzrə texniki normaların, standartların və tələblərin müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak edir;
• mobil xidmətlərin inteqrasiya edilməsi üzrə dövlət orqanlarına və digər təşkilatlara metodik və əməli kömək göstərir;
• qulluq funksiyalarına uyğun olaraq şöbənin iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə təkliflər verir;
• fəaliyyət istiqaməti üzrə daxil olan ərizə, təklif və şikayətləri araşdırır və cavablandırır;
• vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.

Təhsil və ixtisas tələbləri

Kompüter mühəndisliyi və ya bənzəri ixtisasa dair ali təhsili olanlara üstünlük verilir

Peşəkar bacarıqlara dair tələblər

• Swift 4, Objective – C, MVC, MVVM, Singleton, ARKit 2, RESTful APIs, WebSockets, Alamofire, SwiftyJSON, Realm, CocoaPods, UIKit, UI Test/ XC Test, AutoLayout, CoreLocation/ CoreAnimation/Core Data, Firebase, GIT

Xarici dil bilikləri

İngilis və rus dilləri üzrə biliklər

• ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.

İş təcrübəsi

• İş təcrübəsi ən azı 4 il

Son müraciət tarixi: 15 mart 2019-ci il

E - mail : hr-egov@asan.gov.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP