Avtomobil Nəqliyyat Dispetçeri
 
JOB TITLE: Avtomobil Nəqliyyat Dispetçeri
EMPLOYER: Atilla Trans Services A LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-20 LAST UPDATED: 2019-02-20 DEADLINE: 2019-03-22

“ATİLLA TRANS SERVİSES A” MMC  Avtomobil Nəqliyyat Dispetçeri vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Atilla Trans Servises A” MMC komandasının fəal üzvü kimi şirkətimizin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Sifarişləri sürücülərə izah etmək.
• Nəqliyyat vasitələrinin və personalın hərəkətinə nəzarət etmək.
• Avtomobilin mexaniki qüsurları barədə Texniki Təchizat Mütəxəssisini məlumatlandırmaq.
• Bütün nəqliyyat sifarişlərini Log bazasına daxil etmək.
• Müşahidə edilən vəziyyət ilə müqayisədə fəaliyyətin idarə edilməsi sistemini təhlil etmək və potensial uyğunsuzluqları aşkar etmək.
• Nəqliyyat vasitələri və  tabeliyinə daxil edilən işçilərlə bağlı aylıq və həftəlik iş qrafikini hazırlamasına yardım etmək;
• Nəqliyyat vasitələri parkının planlaşdırılan fəaliyyətini təmin etmək, kommunikasiya sistemlərini yoxlamaq və məlumat bazasını yeniləmək.
• Nəqliyyat vasitələrinin gün ərzində hərəkətini izləmək və planlaşdırılan qrafikə nə dərəcədə riayət olunduğunu qiymətləndirmək;
• Hərəkətlərə dair məlumatları digər aidiyyəti işçilər ilə əlaqələndirmək və fayllaşdırmaq;
• Yol hərəkəti hadisəsi yeri ilə açıq əlaqə yaratmaq və ehtiyac yarandıqda bu barədə lazımi şəxslərə məlumat vermək;
• Planın icrası və gözlənilməz müdaxilələr nəticəsində baş verən dəyişiklikləri əks etdirməsi üçün əməliyyat-idarəetmə sistemlərini yeniləməyə yardım etmək;
• Gələcək hərəkət üçün dəqiq baza təmin etmək məqsədi ilə yol hərəkəti barədə sənədləri qəbul etmək, toplamaq və qeydə almaq;
• Fəaliyyətə dair statistik qeydlər aparmaq, onları məlumat bazasında  saxlamaq və təşkilat daxilində müvafiq bölmələrə vermək;
• Əməyin Təhlükəsizliyi Qaydalarına riayət etmək;

VƏZİFƏ İLƏ BAĞLI TƏLƏBLƏR:

• Ali təhsil;
• Cinsi: Qadın
• İş təcrübəsi: 1-3 il
• Dil bilikləri: Azərbaycan və ingilis dillərinin sərbəst istifadə etməsi bacarığı, rus dilinin işlək səviyyədə olması;
• Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;
• Əla səviyyədə ünsiyyətqurma qabiliyyəti;
• Qeyri standart vəziyyətə cəld reaksiya;
• Komandada işləmək bacarığı;
• Stressə davamlılıq;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  28 Fevral 2019-ci il tarixinədək hr@atillagroup.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Avtomobil Nəqliyyat Dispetçeri” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.atillagroup.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP