Dispetçer
 
JOB TITLE: Dispetçer
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-21 LAST UPDATED: N/A DEADLINE: 2019-03-23

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Dispetçer
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahədə 2 il iş təcrübəsi
Təhsil: Ali təhsil
Yaş həddi: 25-45

İşin Təsviri: Nəqliyyat vasitələrinin hərəkətinin planlaşdırılması və həyata keçirilməsi işinin təşkili.

Vəzifə öhdəlikləri:

- Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət etmək, nəqliyyat vasitələrinin xətdən vaxtında qayıtmadığı bütün hallar haqqında şöbə rəisinə məlumat vermək;
- Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal onun haqqında rəhbərliyə məlumat vermək;
- Yanacaq sərfi haqqında hesabatları hazırlamaq;
- Alınan ehtiyat hissələrinin siyahısını aparmaq;
- Avtomaşınlarda baş verə biləcək nasazlıqlarla əlaqəli ilkin diaqnoz qoymaq, təmirini təşkil etmək;
- Sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi;
- Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət;
- Optimal marşrut xətlərinin hazırlanması.

Tələblər:

- Microsoft Office proqramlarını (xüsusilə Microsoft Excel) bilməli;
- Dispetçer və yol-nəqliyyat işinin təşkilini bilməli.
- Avtomaşınların texniki xarakteristikasını bilməli;
- Texnikanın istismarı normativini bilməli.

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Dispetçer” yazıb CV göndərməklə müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP