Şirniyyat ustası
 
JOB TITLE: Şirniyyat ustası
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-21 LAST UPDATED: N/A DEADLINE: 2019-03-23

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Şirniyyat ustası
İş yeri: Bakı, Babək prospekti, Ələddin Quliyev 11/31 (Babək plaza)
İş təcrübəsi: 1 il
Yaş həddi: 24-40

İşin Təsviri: Müxtəlif növ şirniyyatları hazırlayaraq məhsul tanıtımını həyata keçirmək və məhsulların satışını təmin etmək.

Vəzifə öhdəlikləri:

- Yeni müştərilərin axtarışı və şirkətin məhsullarının təqdim edilməsi;
- Satış nöqtələrində reseptlər əsasında müxtəlif növ şirniyyat, peçenye, tort və piroq çeşidlərinin hazırlanması;
- Tanıtımı həyata keçirilən məhsulların müştəri tərəfindən daha çox alınmasının təmini;
- Satışla bağlı qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatların öyrənilməsi və satış zamanı tətbiq edilməsi;

Tələblər:

- Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli;
- Xammal və məhsulların kulinar emalı qaydalarını bilməli;
- Ərzaqların saxlama müddətlərini və şərtlərini bilməli;
- İşgüzar ünsiyyət və peşə etiketi qaydalarına əməl etməli;
- İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli;
- Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli;
- Satış qabiliyyətinin və məhsulları təqdimetmə bacarığının olması;
- Rus dili biliyinin olması.

Təminatlar:

- Bir gün istirahət günü;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 6 günlük

Əməkhaqqı: Müsahibə əsasında təyin olunur.

Müraciət qaydaları: CV-ni cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Şirniyyat ustası” yazıb göndərməklə müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP