Beynəlxalq əlaqələr və dayanıqlı inkişaf şöbəsinin mütəxəssisi
 
JOB TITLE: Beynəlxalq əlaqələr və dayanıqlı inkişaf şöbəsinin mütəxəssisi
EMPLOYER: Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-25 LAST UPDATED: N/A DEADLINE: 2019-03-27

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) aşağıdakı vəzifə üzrə vakansiya elan edir!

Vakansiya: Beynəlxalq əlaqələr və dayanıqlı inkişaf şöbəsinin mütəxəssisi

Əmək haqqı: 500 AZN
Yaş: 23-35 yaş
Təhsil: Ali
İş təcrübəsi: 1 il
Təklif edən şəxs: Hüquqi şəxs
Şirkət: Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
Şəhər: Bakı
Kateqoriya: Müdiriyyət, idarəetmə
E-mail: hr@ask.org.az
Telefon nömrəsi: +994 12 465 72 42

Namizədə olan tələblər:

- Ali təhsil (beynəlxalq iqtisadi münasibətlər, beynəlxalq əlaqələr, dayanıqlı inkişaf ixtisası üzrə təhsili olanlara üstünlük verilir)
- İngilis və rus dillərini əla səviyyədə bilməli, ingilis dilində ardıcıl tərcümə qabiliyyəti olmalıdır
- Azərbaycan, ingilis dillərində yüksək səviyyədə rəsmi yazışma vərdişləri
- Beynəlxalq əlaqələr sahəsində ən azı bir il iş təcrübəsi (lahiyə idarəçiliyi vərdişlərinə üstünlük verilir)
- MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı
- Güclü kommunikasiya qurmaq və kollektivdə işləmək bacarığına malik olmalı

İş barədə məlumat:

- Beynəlxalq əlaqələrin yaradılması və inkişafı üzrə fəaliyyət
- Xarici tərəfdaşlarla əməkdaşlığın qurulması, təkliflərin hazırlanması və bu istiqamətdə danışıqlar aparmaq
- Təşkilatı yerli və xarici ölkələrdəki tədbirlərdə və görüşlərdə təmsil etmək
- Dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılması üzrə təkliflər hazırlamaq və müvafiq layihələrdə iştirak
- Rəhbərliyin verdiyi tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək
- Görüşlərin protokollaşdırılması
- AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi
- İş vaxtı 09:00-dan 18:00-dək
- Həftədə 5 iş günü, istirahət günü  şənbə və bazar günü

Tələblərə cavab verən namizədlər CV-lərini “Beynəlxalq əlaqələr və dayanıqlı inkişaf şöbəsinin mütəxəssisi” başlığı altında hr@ask.org.az email ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP