Qaz təsərrüfatı üzrə mütəxəssis
 
JOB TITLE: Qaz təsərrüfatı üzrə mütəxəssis
EMPLOYER: Sumgait Technologies Park LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-07 LAST UPDATED: 2019-03-07 DEADLINE: 2019-04-06

Vəzifənin adı: Qaz təsərrüfatı üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• Qaz armaturlarının, qaz tənzimləyicilərinin tədqiq və təmir edilməsi;
• Elektron və mexaniki qaz sayğaclarının hesabatı, təftişi, təmiri və yağlanması;
• Magistral qaz kəmərlərinin karroziyadan mühafizə edilməsi və katod qoruyucularının istismarı;
• Müəssisədaxili qaz armaturlarının və qaz borularının seçilməsi və quraşdırılması;
• Qaz tənzimləyici qurğularda yüksək təzyiqdən orta təzyiqə və əksinə keçirilməsi, iynələrin seçilməsi, zədəli membranların dəyişdirilməsi;

Təhsil/Təcrübə

• Qaz təsərrüfatı üzrə orta-texniki və ya ali-texniki təhsilə malik olmalı;
• Müvafiq sahədə ən az 10 il iş təcrübəsinə malik olmalı;
• Sənaye müəssisələrinin texniki qazla təchizat sxemləri barədə biliklərə malik olmalı;
• Qaz təsərrüfatı avadanlıqlarının təhlükəsiz istismarı və təmir işləri zamanı Təhlükəsizlik Texnikası, Yanğın Təhlükəsizliyi və Texniki İstismar qaydaları üzrə biliklərə malik olmalı;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;

Əlavə məlumatlar: 

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5/7 08:00 – 17:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Qaz təsərrüfatı üzrə mütəxəssis” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP