Geoloji kəşfiyyat şöbəsi, Coğrafi informasiya sistemləri üzrə mütəxəssis
 
JOB TITLE: Geoloji kəşfiyyat şöbəsi, Coğrafi informasiya sistemləri üzrə mütəxəssis
EMPLOYER: AzerGold CJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-26 LAST UPDATED: 2019-02-27 DEADLINE: 2019-03-28

Şirkət haqqında:

“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı:

Geoloji kəşfiyyat şöbəsi, Coğrafi informasiya sistemləri üzrə mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

• Müxtəlif tematik xəritələrin, planların, sxemlərin hazırlanması;
• Geoloji və coğrafi məlumatların məlumat bazasına yığılması, redaktə edilməsi və düzəldilməsi;
• Müxtəlif formatda olan məkan məlumatların idxal və ixrac edilməsi.
• CİS təhlillərin aparılması;
• Köhnə skan olunmuş xəritələrdən, planlardan və kosmik təsvirlərdən məlumatların rəqəmsallaşdırılması.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan və ətraf regionun geoloji quruluşu haqqında biliklər;
• ArcGis, MapInfo, AutoCad və Microsoft Office (xüsusən də Excel) proqramları ilə işləmək bacarığı;
• Koordinat sistemləri, proyeksiya, datum, geod və məlumat bazaları haqqında biliklərə malik olmalı;
• Məkan məlumatları haqqında anlayışı olmalı;
• Dil bilikləri:  Azərbaycan dilində sərbəst, İngilis və Rus dillərində yaxşı səviyyəli danışıq və yazı qabiliyyəti;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, aktivlik, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Geoloji sahə üzrə ali təhsil;
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "CİS üzrə mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) cv@azergold.az   elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP