Baş mühasib
 
JOB TITLE: Baş mühasib
EMPLOYER: Performance Center Co DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-27 LAST UPDATED: N/A DEADLINE: 2019-03-29

Performance Center CoMMC (Chevrolet Azərbaycan)  “Baş mühasib”   vakansiyası.

Vəzifə öhdəlikləri:

- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
- Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Əmək haqqı fondunun xərclənməsinə ştat cədvəlinə uyğun olaraq nəzarət etmək;

Əməkhaqqı: 1200-1500 AZN
İş qrafiki: 6 günlük, 09:00-18:00.

Vəzifəyə dair tələblər:

- Ali iqtisadi təhsil;
- Baş mühasib kimi istehsalat, xidmət və satış sektorunda 5 il iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
- MS Office proqramlarını bilməli ;
- 1C 8.3  proqramı ilə yüksək səviyyədə işləmə bacarığı;

Namizədlər, öz tərcümeyi-halını (CV)   hr@performance-center.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP