Hüquqi təhlil və analiz sektorunun hüquqşünası
 
JOB TITLE: Hüquqi təhlil və analiz sektorunun hüquqşünası
EMPLOYER: AzerGold CJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-27 LAST UPDATED: N/A DEADLINE: 2019-03-29

Şirkət haqqında:

“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı:

Hüquqi təhlil və analiz sektorunun hüquqşünası

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Vətəndaş müraciətləri üzrə iş aparılmasına dair təcrübə olmalı;
• Azərbaycan Respublikasının inzibati prosessual, mülki prosessual və cinayət prosessual, İnzibati icraat sahələrində dərin akademik bilikləri olmalı;
• Analitik düşüncə və müxtəlif hüquq sahələrini əlaqəli təhlil etmə bacarığı.
• Komanda ruhu, şəxsi və peşəkar inkişaf.
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili arzuolunandır, Microsoft Office və digər proqramlar

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali hüquq təhsili.
• Məhkəmə mübahisələrinin aparılmasında və ya məhkəmə sistemində hüquqşünas qismində 2 ilə qədər iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq  " Hüquqi təhlil və analiz sektorunun hüquqşünası" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) cv@azergold.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP