Gömrük Bəyannaməçisi
 
JOB TITLE: Gömrük Bəyannaməçisi
EMPLOYER: İstehsalat Şirkəti DUTY STATION: Azerbaijan, Sumgait
PUBLISHED: 2019-02-28 LAST UPDATED: N/A DEADLINE: 2019-03-30

VAKANSİYA ELANI

VƏZİFƏ HAQQINDA MƏLUMATLAR

Vəzifə:   Gömrük Bəyannaməçisi
İş yeri:   Sumqayıt

VƏZİFƏ FUNKSİYALARI 

• Gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (GVAİS) vasitəsilə bütün növ Bəyannamələri vaxtında daxil etmək;
• Vergilərin və rüsumların düzgün və qanuni məbləğini təsnif etmək, hesablamaq və bəyan etmək;
• GVAİS-in istifadəsinə nəzərən ayrıca Gömrük əməkdaşları ilə əlaqə saxlamaq;
• Texniki təsvir əsasında Malların təsviri və kodlaşdırılmasının harmonlaşdırılmış sisteminin (HS) kodunu hər bir predmet üzrə yerləşdirmək;
• Bütün qoşma sənədlərinin: qaimələrin, nəqliyyat sənədlərinin, müqavilələrin, sertifikatların və s düzgünlüyünü yoxlamaq.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR

Funksional

• Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və qanunvericilik aktları haqqında biliyə malik olmaq;
• Azərbaycan Respublikasının  Gömrük tarifləri haqqında Qanunu barədə biliyə malik olmaq;
• Azərbaycan Respublikasının Əmtəə Nomenklaturası haqqında  biliyə malik olmaq;
• Yüklərin Ekspedisiyası  haqqında anlayışa malik olmaq;;
• Gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (GVAİS) ilə işləmək bacarığına malik olmaq;
• Neft və qaz materialları və Hasilatın Pay Bölgüsü Sazişinə dair qanunvericilik aktları barədə a biliyə malik olmaq;
• Gömrük dəyəri və statistik dəyərin düzgün hesablanması barədə biliyə malik olmaq.

Davranış

• Nəticələri texniki cəhətdən təhlükəsiz və yüksək keyfiyyət standartına uyğunlaşdıraraq son tarixlərə praqmatik yanaşmaq və proses yönümlü olmaq;
• Göndəriş sənədləri və Azərbaycan Respublikasının gömrük prosedurlarına uyğunlaşdırılması ilə əlaqədar təfərrüatlara diqqət yetirmək; Əla təşkilati və vaxt idarəetmə vərdişlərinə malik olmaq;
• Azərbaycan dilini əla səviyyədə bilmək, ingilis dili biliyi üstünlük təşkil edir;
• Dəqiqlik və təfərrüatlara diqqət yetirmək bacarığına malik olmaq;
• Mükəmməl kompüter və inzibati idarəetmə vərdişlərinə malik olmaq;
• İşə çevik və uyğunlaşa bilən yanaşma nümayiş etdirmək;
• Sabit kollektiv daxilində yüksək effektivli xidmət mədəniyyəti ilə ahəngdar surətdə çalışmaq;
• Məxfi məlumatların nəzərdən keçirilməsi üçün taktiki hərəkət etmək və buna ehtiyatlı yanaşmaq.

Təhsil və təcrübə

• İdxal və ixrac üzrə gömrük rəsmiləşdirməsinin idarə edilməsində  minimum 5 illik təcrübəyə malik olmaq;
• Biznes, Təchizat zənciri və ya əlaqədar sahədə bakalavr dərəcəsinə malik olmaq;
• Dillər: Azərbaycan dilini qabaqcıl səviyyədə və ingilis dilini orta səviyyədə bilmək mütləqdir.

MÜRACİƏT PROSEDURU

Maraqlanan namizədlər öz CV-lərini e.kazimli@outlook.com elektron poçtuna göndərməlidir. Namizədlər CV göndərərkən mövzu hissəsində mütləq vəzifənin adını göstərməlidir.

Yuxarıda qeyd edilən vakansiya Azərbaycan Respublikasının vətəndaşları və yaxud Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan şəxslər üçün nəzərdə tutulur. Elan edilən vəzifə üçün bütün uyğun namizədlər qiymətləndiriləcək və bu qiymətləndirmə bərabər əsaslarla aparılacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP