Təchizat üzrə mütəxəssis
 
JOB TITLE: Təchizat üzrə mütəxəssis
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-02-28 LAST UPDATED: N/A DEADLINE: 2019-03-30

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Təchizat üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanması;
• Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
• Sifarişlərin hazırlanması və nəzarətdə saxlanılması;
• Qiymətlərin araşdırılması və müqaisə olunması;
• Analitik düşüncə qabilyyəti;
• İşlərin planlaşdırılması və analizi;
• Stok ehtiyatlarının idarə olunması;
• Malların gecikmə olmadan çatdırılmasını təşkil etmək.

Tələblər:

• Ali təhsil;
• Müvafiq sahədə iş təcrübəsi – 1 ildən artıq;
• Azərbaycan və rus dillərini yüksək səviyyədə bilməli, ingilis dilini yaxşı səviyyədə bilməlidir;
• Microsoft Office proqramlarını və 1C proqramını bilməsi mütləqdir;

Şəxsi keyfiyyətlər:

• İşgüzar danışıqlar aparmağı bacarmalı
• Dəqiq, səliqəli, diqqətli, məsuliyyətli, çevik, stressə davamlı və ünsiyyətcil olmalı
• Kollektivdə işləməyi bacarmalıdir

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər - 09:00-18:00, VI-cı gün qısa iş günüdür

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Təchizat üzrə mütəxəssis” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP