Baş mühasib
 
JOB TITLE: Baş mühasib
EMPLOYER: BSC Consalting və Outsorsing MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-04 LAST UPDATED: N/A DEADLINE: 2019-04-03

20 ildən artıq  konsaltinq aləmində fəaliyyət göstərən “BSC” Consalting və Outsorsing  MMC-yə lahiyələrin  və müştəri portfelinin sayının artması ilə bağlı Mühasib tələb olunur.
 
Niyə məhz Biz

-Davamlı olaraq işləmək istəyəcəyiniz pozitiv komanda və etibarlı şirkətik
-20 illik iş təcrübəsi ilə bölüşməyə hazırıq
-Kreativ ideyaları yaradırıq
-İstedadlı gənclərə yol açırıq
-Peşakarlarla inkişafa şərait yaradırıq
 
Baş mühasib

İş barədə məlumat

- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
- Vergi orqanları ilə yazışmalar
- Vergi sahəsi ilə bağlı əməliyyatlar - bütün vergi hesabatlarının göndərilməsi
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
 
Sair məlumat

Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
B1-B3, Microsoft Office proqramlarını bilmək
1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirilmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək
Balansın çıxarılması
Excell proqramında yüksək səviyyədə işləmə bacarığı
Stresədavamlı, tələbkar, məsuliyyətli və işgüzar
Tez qavramaq və uyğunlaşmaq bacarığı
Problemləri təhlil və həll etmə bacarığı.
Vergi qanunvericiliyi bilmək
Beynəlxalq mühasibat uçotu standartlarını bilmək

Əmək haqqı 1200-1500 manat 

CV-lərinizi foto ilə birlikdə hr@bsc-group.az. elektron ünvana “Baş Mühasib” başlığı altında göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP