Təchizat üzrə mütəxəssis
 
JOB TITLE: Təchizat üzrə mütəxəssis
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-04 LAST UPDATED: N/A DEADLINE: 2019-04-03

Təchizat üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• Şirkətin bütün satınalma işləri və təchizat üzrə sifarişlərin təmin edilməsinə nəzarət etmək;
• Bütün növ sifarişlərin xarici və daxili bazarların axtarışı, tapılması, onlarla əlaqənin saxlanılması şirkətlərlə müqavilələrin bağlanması və satın almanın həyata keçirilməsi.
• Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyatı müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
• Şirkətin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlamaq, daxili sifariş formalarına uyğun olaraq sifariş edilmiş mal və xidmətlərin təchizatını həyata keçirmək;
• Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
• Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasına nəzarət etmək;
• Görülən işin planlı olması.

Tələblər:

• Ali təhsil;
• Ofis proqramlarını bilmək;
• Müvafiq sahədə 2 ildən az olmayaraq iş təcrübəsi;
• Beynəlxalq yazışma və danışıqların aparılması;
• Bazarı təhlil etmək bacarığı;
• Azərbaycan, rus dillərində tam sərbəst yazı və danışıq qabiliyyəti.

Əlavə şərtlər:

• Ə/haqqı: danışıq əsasında;
• İş vaxtı: 5 gün, 09:00-18:00;
• Yalnız Sumqayıt şəhərində yaşayanlar müraciət etsin.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hrcompany18@yahoo.com elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Təchizat üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətinizə baxılmayacaq.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP