Təchizat üzrə Menecer
 
JOB TITLE: Təchizat üzrə Menecer
EMPLOYER: MKT İstehsalat Kommersiya MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-04 LAST UPDATED: N/A DEADLINE: 2019-04-03

MKT-İK MMC (Pambıq müəssəsi) Təchizat üzrə Menecer vakansiyasına işçi axtarır.

• “MKT İK” MMC – nin baş ofis və Filiallardan gələn xidmət və istənilən mal-material, xammal, texnika, ehtiyyat hissələri və avadanlıqların  təchizatı ilə bağlı sorğuların qarşılanması,
• Bazar araşdırmalarının  edilməsi və yeni tədarükçülərin tapılması,
• Tədarükçülərlə danışıqların aparılması və uyğun təchizat şərtlərinin müəyyən edilməsi
• Tenderlərin təşkil olunması, Tender sənədlərinin və elanlarının hazırlanması
• Tədarükçülərin tenderə dəvət olunması,Tədarükçülərin fəaliyyəti haqqında ilkin məlumatların “MKT İK” MMC-nin tələblərinə əsasən toplanması,
• Uyğun qiymət təklif edən tədarükçülərin tapılması və satınalma prosesinin həyata keçirilməsi,
• “MKT İK” MMC-nin Filiallarının təchizat prosesinə nəzarət edilməsi,
• “MKT İK” MMC-nin Filiallarının illik təchizat planlarının toplanması və vahid təchizat planı şəklində birləşdirilməsi,
• Yerli və mərkəzləşmiş təchizat kateqoriyalarının müəyyən edilməsi,
• MKT İK” MMC-nin Filiallarında satınalma zamanı baş verə biləcək neqativ halların aradan qaldırıması və bununla bağlı tədbirlərin həyata keçirilməsi,
• Ödəniş üçün lazım olan bütün ilkin sənədlərin toplamının mühasibatlığa təqdim olunmsının təmin edilməsi,
• Beynəlxalq satınalmalar zamanı sənədləşmənin düzgün tərtib olunmasına və toplanmasına nəzarət olunması,
• Müqavilələrin hazırlanması, tərtibatının və təchizatla bağlı şərtlərinin yoxlanılması və müəyyən edilməsi,
• Tender sonrası protokolların hazırlanmasının yoxlanılması,
• MKT İK” MMC-nin Filiallarının vahid təchizat prinsiplərinə əməl olunmasının təşkili və nəzarəti,
• Təchizat departamentinin əməkdaşlarının satınalma prosesini “MKT İK” MMC-nin təchizat prosedurlarına uyğun həyata keçirdiklərinə nəzarət olunması.
• Səmərəliyin artırılması məqsədi ilə mərkəzləşmiş təchizat prosesinin təşkil olunması,
• Effektivlik və səmərəliliyin artırılması üçün kateqoriya planlaşdırmasının inkişat edirilməsi.
• Mövcud tədarükçülərlə əlaqələrin daha da yaxşılaşdırılması.

Tələblər:

• Ali təhsil;
• Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
• CİPS sertifikatı malik olmaq üstünlükdür;
• MS Word, Excel, Power Point, hər hansə təchizat proqramı;
• Azərbaycan dili, İngilis dili, Rus dili əla səviyyədə bilmək.
• Təchizat prosesini mükəmməl şəkildə bilmək
• Təchizat müqavilələrin hazırlanmasını bilmək
• Tender prosesini bilmək
• Logistika qaydalarını və prosedurlarını bilmək
• Beynəlxalq satınalma qaydalarını bilmək
• Təchizat planlanması prosesini bilmək

Müraciət qaydaları: CV–ni hr@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Təchizat üzrə Menecer” yazmaqla müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP