Rəqəmsal marketinq mütəxəssisi
 
JOB TITLE: Rəqəmsal marketinq mütəxəssisi
EMPLOYER: PITS LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-05 LAST UPDATED: N/A DEADLINE: 2019-04-04

Şirkət: PITS Texnoloji Həllər Şirkəti
Vəzifə: Rəqəmsal marketinq mütəxəssisi
Ünvan: Salyan şosesi 32, Bakı, Azərbaycan
Veb: www.pits.az 

Vəzifə öhdəlikləri:

 Marketinq bazası, e-poçt və nümayişli reklam kampaniyaları da daxil olmaqla, şirkətin rəqəmsal marketinq şöbəsinin bütün aspektlərinin layihələndirilməsi və nəzarət edilməsi;
 Şirkətin strategiyasını nəzərə almaqla, təqdim olunan xidmət və məhsulların potensial müştəri ehtiyaclarına yönəlik marketinq planlamalarını həyata keçirilməsi;
 Şirkətin rəqəmsal strateji planlamalarını nəzarətdə saxlanılması;
 Kampaniya büdcələrinin planlanması və nəzarətin olunması;
 Bütün marketinq platformalarına yönəlmiş şirkət xərclərinin optimallaşdırılması;
 PR məqsədli effektiv reklam materiallarının hazırlanması və tətbiq olunması;
 Sosial media platformalarına nəzarət;
 Vaxtaşırı müxtəlif rəqəmsal layihələrin (müsabiqələr və hədiyyə kampaniyaları) icra edilməsi və nəzarətdə saxlanılması;
 Rəqəmsal marketinq üzrə son tendensiyaların daim nəzarətdə saxlanılması və ehtiyac olduğu halda tətbiq olunması;
 Rəqəmsal marketinq kampaniyalarının effektivliyi haqqında mütəmadi və dəqiq hesabatların hazırlanması.

Tələb olunan bilik və bacarıqlar:

 Rəqəmsal marketinq üzrə ən azı 3 illik təcrübə
 Analoji sahə üzrə ali təhsil arzuolunandır
 Facebook / Twitter / YouTube / LinkedIn / Google+ / Instagram və digər sosial platformalar da daxil olmaqla güclü SMM bilikləri
 Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı
 İngilis dilində yaxşı şifahi və yazılı ünsiyyət bacarığı
 Güclü SEM/SEO (Google Ads və Yandex.Direct) təcrübəsi
 Mətn və görüntülü reklam kampaniyalarının idarəolunması / tarqetinq / e-poçt / kontent marketinq təcrübəsi
 Güclü MS Office bilikləri
 Problemləri düzgün analiz edə bilmə
 Sərbəst şəkildə qərar verə bilmək bacarığı və müstəqil işləməyə meyllilik
 Analoji sahənin yeniliklərinə açıq ola bilmək və daimi özünüinkişaf hədəflərinin olması
 Rəqəmsal marketinq üzrə uyğun sertifikat və ya diplomlara sahib şəxslərə üstünlük veriləcək
 Ölkələr arası səyahət edə bilmə imkanı olmalıdır
 Müxtəlif departamentlərlə koordinasiya qura bilmə bacarıqları

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  hr@pits.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Rəqəmsal Marketinq Mütəxəssisi”  qeyd etməyiniz tələb olunur. Mövzusu başqa cür qeyd edilmiş email-lərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP